Xalq yazıçısı Elçinin Türkiyədə yeni kitabı nəşr olunub

Xalq yazıçısı Elçinin Türkiyədə yeni kitabı nəşr olunub
17:03 22 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 22 dekabr, AZƏRTAC
Xalq yazıçısı Elçin əsərləri Türkiyədə ən çox nəşr olunan müasir dünya yazıçılarından biridir. Onun həm roman, povest və hekayələri, həm də pyesləri qardaş ölkədə dəfələrlə nəşr olunub, bir çox şəhər teatrlarında tamaşaya qoyulub.
AZƏRTAC xəbər verir ki, bu günlərdə Türkiyənin ən nüfuzlu nəşriyyatlardan bir olan “Ötüken” Xalq yazıçısının “Kölgə” adlı yeni kitabını nəşr edib. Kitaba müəllifin məşhur “Bayraqdar” və “Kaşeyin taleyi” povestləri, eləcə də son illərdə yazdığı hekayələri daxil edilib.
Nəşriyyat bu əsərlər haqqında yazır: “Elçin digər hekayə və romanlarında olduğu kimi, insanları yalnız təsvir edildikləri anlarda deyil, onların bütün varlıqlarını göstərməyi bacaran yazıçıdır”.
Kitabda müəllifin geniş bioqrafiyası da verilib.
“Kölgə” Elçinin Türkiyədə nəşr olunan iyirmi dördüncü kitabıdır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xalq_yazichisi_Elchinin_Turkiyede_yeni_kitabi_nesr_olunub-913349

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR