Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Dərmanların qiyməti artacaq - Nazir müavinindən açıqlama

Dərmanların qiyməti artacaq - Nazir müavinindən açıqlama

Date: 22 December 2015 17:04

"Dərmanların qiymətinə yenidən baxılacaq. Dolların məzənnəsinin dəyişməsi dərmanların qiymətinə təsir göstərəcək".

 

APA-nın məlumatına görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

 

O bildirib ki, Tarif Şurasına Səhiyyə Nazirliyi tərəfindən deyil, iş adamları tərəfindən müraciət olunub: "Bu günlərdə şuranın növbəti iclası olacaq. Qiymətlərə yenidən baxılacaq. Bu zaman dərmanların qiymətlərinin neçə faiz artacağına qərar veriləcək. ÇünkiNazirlər Kabinetinin təsdiq etdiyi Azərbaycanda qeydiyyatdan keçən dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və onlara nəzarət qaydaları təsdiqlənib".

 

Onun sözlərinə görə, qaydalara əsasən valyutanın məzənnəsi 5 faizdən artıq dəyişərsə, onda təsdiq olunan qiymətlərə yenidən baxılacaq: "Təbii ki, qiymətlərin artıq olması qaçılmazdır. Lakin yeni qiymət əvvəlki qiymətlərdən aşağı olacaq. Çünki hazırda bəzi dərmanların qiyməti bir neçə dəfə aşağı salınmışdı. Yəni qiymət artımından sonra belə qiymətlər əvvəlkindən çox olmayacaq".


Tags:  Dərmanların qiyməti artacaq Nazir müavinindən açıqlama

RƏYLƏR


Top news