“Narodnaya qazeta”: “Heydər Əliyev Azərbaycan xalqının fəxridir”

17:08 22 Dekabr 2015
14 Digər
Ölkə mətbuatı
A- A+


Düşənbə, 22 dekabr, AZƏRTAC 
Özbəkistanda rus dilində nəşr olunan “Narodnaya qazeta”da “Heydər Əliyev Azərbaycan xalqının fəxridir” sərlövhəli geniş məqalə dərc edilib.
Məqalədə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında ətraflı söhbət açılır. Heydər Əliyevin həm keçmiş SSRİ dövründə, həm də müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə Azərbaycanın sürətlə inkişafı, onun əsasını qoyduğu və bu gün uğurla həyata keçirilən daxili və xarici siyasət haqqında geniş məlumat verilir.
Məqalədə Heydər Əliyev şəxsiyyətinin xüsusiyyətləri oxucuların diqqətinə çatdırılır. Qeyd olunur ki, ulu öndər Heydər Əliyev hadisələrin gedişini düzgün analiz edə bilən, qarşıya qoyduğu məqsədlərə doğru inamla və qətiyyətlə addımlayan, əlçatmaz zirvələri fəth edən praqmatik və xarizmatik şəxsiyyət olub.
Məqalədə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun son illərdə ölkədə və xaricdə həyata keçirdiyi mühüm layihələrdən də bəhs edilir. Bundan başqa, Azərbaycanın Tacikistandakı səfirliyində Ümummilli Liderin anım günü ilə bağlı tədbirin keçirildiyi diqqətə çatdırılır, səfir Abbasəli Həsənovun çıxışından fikirlər yer alır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Narodnaya_qazeta_Heyder_Aliyev_Azerbaycan_xalqinin_fexridir-913353

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR