Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

​Keçmiş arvadını öldürməkdə təqsirləndirilən şəxsin apellyasiya şikayətinə baxılıb

Date: 22 December 2015 17:17

"Report"un məlumatına görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.
Qərara əsasən, S.Əliyevin apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, S.Əliyevin vəkili Ceyhun Yusifov həbsdə olan şəxsin hüquqlarının qadağan edilməsi ilə bağlı apellyasiya şikayəti verib.
Vəkil "Report"a açıqlamasında bildirib ki, S.Əliyev həbsindən sonra Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində onun təqsirli bilindiyi qətl işi üzrə Aslan İbrahimovun rəhbərliyi ilə istintaq qrupu araşdırmalara başlayıb: "İstintaq müddətində Samir Əliyevi ailə üzvləri ilə, hətta bir yaşlı körpəsi ilə görüşməsini məhdudlaşdırıblar. Guya bu, istintaqa təsir edə bilər".
Xatırladaq ki, bu il iyulun 6-da Bakı-Quba yolunun 55-ci kilometrində, yolun sağ hərəkət hisəsəsində yandırılmış naməlum qadın meyiti tapılıb. Öldürülən qadının Bakı sakini, 1981-ci il təvəllüdlü Natəvan Əliyeva olduğu müəyyən edilib. Üç uşaq anası olan 34 yaşlı N.Əliyeva paytaxtda fəaliyyət göstərən xəstəxanaların birində həkim işləyib. Qətldən bir neçə gün əvvəl - iyulun 26-da onun itkin düşməsi barədə yaxınları tərəfindən Xətai Rayon Polis İdarəsinə ərizə daxil olub. Meyit tapılandan bir neçə gün sonra N.Əliyevanın keçmiş həyat yoldaşı, sabiq polis işçisi Əliyev Samir Səməndər oğlu şübhəli şəxs kimi saxlanılaraq istintaqa cəlb olunub.
S.Əliyevə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülərək Nəsimi Rayon Məhkəməsi tərəfindən barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Daha sonra onun barəsində seçilmiş həbs qətimkan tədbiri bir neçə dəfə uzadılıb.

Tags:  Keçmiş arvadını öldürməkdə təqsirləndirilən şəxsin apellyasiya şikayətinə baxılıb

RƏYLƏR


Top news