Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan və İran anlaşma memorandumu imzalayıb

Azərbaycan və İran anlaşma memorandumu imzalayıb

Date: 22 December 2015 17:23

Bakı. Elmira Tariverdiyeva - Trend:

Bu gün Azərbaycan və İran Tehranda Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 10-cu iclasının yekun sənədini imzalayıb. Bu barədə Trend İranın IRINN dövlət televiziyasına istinadən məlumat verir.

Yekun anlaşma memorandumu neft, qaz, sənaye, ticarət, səhiyyə daxil olmaqla 12 müxtəlif sektoru əhatə edir.

Sənədi İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Vaezi və bu ölkədə səfərdə olan Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev imzalayıblar.

Sənəd neft layihələrinə sərmayələrin qoyulmasını, eləcə də qaz svopu üzrə mübahisələrin tənzimlənməsini və Azərbaycanın qaz anbarlarının istifadəsində koordinasiyanı nəzərdə tutur.

Tərəflər Azərbaycanda "Ordubad" elektrik stansiyasının, İranda isə "Marazad" elektrik stansiyasının tikintisi barədə razılaşma əldə ediblər. Tərəflər, həmçinin sərhədyanı çayların su resurslarının birgə idarə edilməsinin həyata keçirilməsi barədə razılıq əldə ediblər.

İran və Azərbaycan elektrik enerjisinin svopu haqqında memorandum da imzalayıb. Sənədə əsasən, iki ölkə arasında elektrik enerjisinin alışı və satışının yekun qiyməti müəyyən edilib.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Azərbaycan İran anlaşma memorandumu imzalayıb


RƏYLƏR


Top news