"Unibank" Beynəlxalq Maliyyə Korporasiyasının kreditini tam ödəyib

"Unibank" Beynəlxalq Maliyyə Korporasiyasının kreditini tam ödəyib
17:33 22 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

"Unibank əvvəlki illərdə olduğu kimi indi də Beynəlxalq Maliyyə Korporasiyasının etibarlı tərəfdaşları sırasındadır. Bankdan Trend-ə verilən məlumata görə, 10 ildən artıqdır ki, bu təşkilatla əməkdaşlıq edən "Unibank" daha bir kredit layihəsini başa çatdırdı. Bank BMK-dan aldığı 10 milyon dollarlıq krediti vaxtı-vaxtında ödəyərək, bu günlərdə krediti tamamilə bağlayıb. Bank gələcəkdə də beynəlxalq maliyyə qurumu ilə əməkdaşlığını davam etdirmək fikrindədir. Qeyd edəki ki, BMK tərəfindən 4,5 il müddətinə ayrılan 10 milyon dollarlıq kredit kiçik və orta biznesin maliyyələşdirilməsinə yönəldilib.

Ölkəmizdə sahibkarlığın inkişafına dəstək hər zaman Unibank-ın prioritetlərindən biri olaraq qalır. Yüksək keyfiyyətli bank xidmətlərindən faydalanmaq üçün sahibkarlar bankın “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül” , “Yasamal”, “8 saylı” filialları və “Unibank- biznes mərkəzi”nə müraciət edə bilərlər. Məqsəd bankın ölkənin iqtisadi inkişafına dəstəyini bir qədər də gücləndirməkdir.

Ölkə bank sektorunun liderlərindən olan Unibank-ın fəaliyyəti beynəlxalq reytinq agentlikləri tərəfindən hər zaman yüksək qiymətləndirilir. Bu yaxınlarda Fitch Ratings” beynəlxalq reytinq agentliyi bankın reytinqini əvvəlki səviyyədə təsdiqləyib.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az ,https://twitter.com/unibank ) əldə etmək olar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2472770.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR