Nazir müavini: "Xəstəxanaların dərman ehtiyatında problem yoxdur"

Nazir müavini: "Xəstəxanaların dərman ehtiyatında problem yoxdur"
17:39 22 Dekabr 2015
35 Sosial
Ölkə mətbuatı
A- A+

 

 

"Dövlət xəstəxanalarının dərmanla bağlı ehtiyatında problem yoxdur".

 

APA-nın məlumatına görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

 

O bildirib ki, dolların məzənnəsinə görə, qiymətlə bağlı hansısa dərmanın satışına məhdudiyyət qoyula bilər: "Ancaq Səhiyyə Nazirliyi İqtisadiyyat və Sənaye Nazirliyi ilə birlikdə çalışır ki, dərman bazarında qıtlıq müşahidə edilməsin və satış dayandırılmasın".

 

Nazir müavini qeyd edib ki, xəstəxanalar dərmanla bağlı ehtiyatı gündəlik deyil, ilin əvvəlində və ortasında görürlər: “Ona görə də dövlət xəstəxanalarında heç bir problem yoxdur. Xidmətlərlə bağlı da narahatlıq yoxdur, çünki onlarda bütün xidmətlər pulsuzdur. Özəl tibb müəssisələri isə qanunlarla fəaliyyət göstərirlər. Yəni, onlar ixracdan asılı iş görmürlər. Ona görə də yalnız gətirilən ləvazimatların qiymətində dəyişiklik olarsa, gələcəkdə öz xidmət haqlarına yenidən baxacaqlar".


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226162

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR