Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Rüşvət alan vəzifəli şəxsə qarşı cinayət işi açıldı

Rüşvət alan vəzifəli şəxsə qarşı cinayət işi açıldı

BİABIRÇILIQ: vəzifəli şəxs 15 manat rüşvət alarkən YAXALANDI - FOTO (14 Mart 2017 12:23)
Rüşvət alan baş həkim belə saxlanıldı – HƏMİN ANLAR (VİDEO) (28 Fevral 2017 01:08)
Türkiyədə daşınmaz əmlakın reyestr xidmətində rüşvət almaqda şübhəli bilinən 46 nəfər saxlanılıb (21 Fevral 2017 04:47)

Tarix: 22 Dekabr 2015 17:43

Bakı. Trend:

Sabirabad rayon İcra Hakimiyyəti başçısının Əhmədabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin qanunsuz hərəkətləri barədə həmin kənd sakininin 161 nömrəli “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, araşdırmalar zamanı Əhmədabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Alim Lumanovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özü və ya üçüncü şəxslər üçün qanunsuz olaraq maddi və sair nemətlər əldə etmək məqsədilə kənd ərazisində məskunlaşmış məcburi köçkünlər üçün dövlət vəsaiti hesabına fərdi ev tikilməsi üçün kənd sakinindən 4 min manat məbləğində pulu rüşvət kimi tələb etməsində şübhələr üçün əsaslar olduğundan barəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.1-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

Bizi Twitter-dən izləyin: @trend_az


Teqlər:  Rüşvət alan vəzifəli şəxsə qarşı cinayət işi açıldı



RƏYLƏR


Top xəbərlər