Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nur Yerlitaş "İşte benim stilim"dən ayrılması haqda

Nur Yerlitaş "İşte benim stilim"dən ayrılması haqda

Date: 22 December 2015 17:46

"İşte Benim Stilim All Star" yarışmasının münsifi modelyer Nur Yerlitaş ilk dəfə proqramdan ayrılması haqda danışıb.

Axşam.az-ın məlumatına görə, bu yaxınlarda Yerlitaşın növbəti mövsümdə iştirak etməyəcəyi açıqlanıb. Verilişi çəkən şirkət ayrılığın qarşılıqlı hörmətlə baş verdiyini desə də, maqazin mediası tərəflər arasında maddi anlaşılmazlığın olduğunu iddia etmişdi.

Dünənki buraxılışda bu həftənin onun üçün sonuncu olduğunu vurğulayan "Nurella" "proqram bitir, mən gedirəm" deyərək açıqlama verib:

"Bura münsif stoludur. Münsiflər dəyişir, gəlir, gedir, hər şey olur. Onsuz da çox yorulmuşam. Mən sadəcə qismətə inanıram. Bilmək olmaz. Bəlkə yenə görüşərik".

Qeyd edək ki, yarışmadan ayrılacağı deyilən Kamal Doğulu isə heç bir şey deməyib.


Tags:  Nur Yerlitaş İşte benim stilimdən ayrılması haqda

RƏYLƏR


Top news