Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Gənc sürücülər üçün yol hərəkəti ilə bağlı keçirilən layihə başa çatıb

Gənc sürücülər üçün yol hərəkəti ilə bağlı keçirilən layihə başa çatıb

Date: 22 December 2015 17:48


Bakı, 22 dekabr, AZƏRTAC
“Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Yol hərəkəti qaydalarını öyrənək və öyrədək” adlı 17 günlük layihə başa çatıb.
İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, layihənin başlıca məqsədi gənc sürücü və piyadaların yol hərəkəti qaydalarına dair bilik və bacarıqlarının artırılması, onlara təhlükəsiz davranış vərdişlərinin aşılanması, intellektual idarəetmə sistemi haqqında ətraflı məlumat verərək bu istiqamətdə nəzəri və praktiki biliklərin verilməsi, cəmiyyətdə sürücülük mədəniyyətinin səviyyəsini yüksəltmək və yol təhlükəsizliyinin təmin olunmasında məlumatlılığın artırılmasından ibarətdir.
Layihəyə cəlb olunan 30 nəfər gənc iştirakçıya təcrübəli təlimçilər tərəfindən şəhər nəqliyyatında, yollarda ictimai davranış qaydaları, təhlükəsiz gənc sürücü, dönmə əməliyyatı, icazə verilən maksimum hərəkət sürətləri, nizamlayıcının göstərişləri, qəza nişanları, minik avtomobillərinin idarə olunması və sairə mövzularda qeyri-formal təhsil metodundan istifadə olunaraq təlimlər və praktiki məşğələlər keçirilib. Təlimlərin sonunda iştirakçıların öyrəndiklərini yoxlamaq məqsədilə imtahan təşkil olunub. Eyni zamanda iştirakçılar ilk dəfə olaraq təlim avtomobillərini idarə etməyə cəhd göstəriblər. Layihənin sonunda iştirak edən 30 nəfər gəncə şəhadətnamə və diplomlar təqdim olunub.
Eyni zamanda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində (NİİM) iştirakçılar üçün məlumat turu təşkil olunub. NİİM-in mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı gənclərə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin fəaliyyəti, Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin operativ qaydada həyata keçirilməsini təmin edən perspektiv planlar barədə məlumat verib. İştirakçılar Bakı şəhərinin nəqliyyat sisteminin vahid mərkəzdən görünüşünü müşahidə ediblər. Daha sonra gənclərə müşahidəçi vasitəsilə İntellektual İdarəetmə Sisteminin əhatə dairəsi və əsas funksiyaları, naviqasiya sisteminin tətbiqi, ictimai nəqliyyatın idarə edilməsi barədə də məlumat verilib.
Sonda layihənin bağlanış mərasimi keçirilib. Mərasimində Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin baş direktoru Rüfət İmanov, “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyinin sədri İmaməddin Quliyev və NİİM-in mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı iştirak və ediblər.
“Yol hərəkəti qaydalarını öyrənək və öyrədək” adlı layihə “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AzGF) maliyyə dəstəyi, “IB Club” Gənclərin İnkişaf Mərkəzinin dəstəyi və “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilib.




Tags:  Gənc sürücülər yol hərəkəti bağlı keçirilən layihə başa çatıb


RƏYLƏR


Top news