“Nar” və “Rabitə” idman klubu tərəfdaşlıq müqaviləsi imzalayıblar

17:53 22 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 22 dekabr, AZƏRTAC
“Nar” mobil operatoru və “Rabitə” idman klubu tərəfdaşlıq müqaviləsi imzalayıblar. Müqaviləyə əsasən, mobil operator idman klubunun rəsmi tərəfdaşı olub.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, 30-dan çox peşəkar boksçunu öz ətrafında birləşdirən “Rabitə” idman klubunun yetişdirməsi olan Azərbaycan idmançıları Olimpiya Oyunları, dünya və Avropa çempionatlarında yüksək nəticələr göstərərək, müxtəlif uğurlara imza atıblar.
Qeyd edə ki, 2010-cu ildə təsis edilmiş “Rabitə” idman klubunun yeniyetmə, gənc və böyüklərdən ibarət boksçuları müxtəlif beynəlxalq turnirlərdə 237 medal qazanaraq yüksək nəticə göstəriblər.
Bu il Bakıda keçirilmiş ilk Avropa Oyunlarının yeganə telekommunikasiya tərəfdaşı olmuş “Nar” hər zaman müxtəlif idman növlərinin inkişafına öz töhfəsini verir və mühüm idman yarışlarının dəstəkçisi qismində çıxış edir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Nar_ve_Rabite_idman_klubu_terefdasliq_muqavilesi_imzalayiblar-913370

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR