Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

TBMM sədri İçərişəhərdə - fotolar

TBMM sədri İçərişəhərdə - fotolar

Date: 22 December 2015 17:56

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Qəhrəmanın başçılıq etdiyi nümayəndə heyəti İçərişəhərdə olub. 

Axşam.az-ın məlumatına görə, İçərişəhərdə gəzinti Qız qalası ilə tanışlıqdan başlayıb. Qonaqlara Qız qalası abidəsinin qeyri-adi memarlıq özəllikləri, burada konservasiya işlərindən sonra yaradılan muzey ekspozisiyası barədə məlumat verilib.
 
Yaxınlıqdakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki ekspozisiya ilə tanışlıq da nümayəndə heyətində böyük maraq doğurub.
 
İçərişəhərlə tanışlıq Azərbaycanın qədim tarixindən, iqtisadi və mədəni əlaqələrindən xəbər verən, ölkə əhəmiyyətli abidələr olan Buxara və Multanı karvansaraları ilə davam etdirilib.
 
Qonaqlara UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir, abadlıq və bərpa işləri barədə məlumat verilib. 
 
Kiçik Qala küçəsi ilə gəzinti zamanı nümayəndə heyəti təndir çörəyinə qonaq edilib.





Tags:  TBMM sədri İçərişəhərdə fotolar

RƏYLƏR


Top news