Bakı. 22 dekabr. REPORT.AZ/ "Rusiya Türkiyədə yüngül sənaye mallarının 80 faizinə sanksiya tətbiq etmək istəyir".
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda Rusiya sənaye-ticarət naziri Viktor Yevtuxov jurnalistlərə açıqlamasında bildirib.
"Hələlik Türkiyənin yüngül-sənaye mallarına sanksiya tətbiqi ilə bağlı qərar qəbul edilməyib. Biz ölkəmizə gətirilməsi yasaqlanan malların siyahısını Rusiya hökumətinə təqdim etmişik. Qəbul ediləcək qərarla bağlı heç bir söz deyə bilmərəm", - deyə o, söyləyib.
O, sanksiyaya məruz qalacaq malların adlarını açıqlamayıb: "Hazır yüngül sənaye məhsullarının praktik olaraq 70, hətta, 80 faizinə qadağa tətbiq edilə bilər".