Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dövlət başçıları Prezident İlham Əliyevi təbrik edirlər

Date: 22 December 2015 18:08

Bakı. Trend:

Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik edib.

Trend-in məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Ad gününüz münasibətilə Sizə ən səmimi və xoş arzularımı bildirirəm.

Bu yaxınlarda Çinə çox uğurlu dövlət səfəri etdiniz. Çin və Azərbaycan arasında ikitərəfli münasibətlər, birgə maraq doğuran beynəlxalq və regional problemlər barədə Sizinlə geniş fikir mübadiləsi apararaq, mühüm ümumi nəticələrə gələ bildik. Əminəm ki, birgə səylərimiz nəticəsində ölkələrimiz arasında münasibətlər daha yüksək səviyyəyə qalxacaq, xalqlarımızın rifahına xidmət göstərəcək.

Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm".

x x x

Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Sizin bilavasitə rəhbərliyiniz ilə Azərbaycanın ictimai-siyasi və iqtisadi həyatının bütün sahələrində baş verən genişmiqyaslı dəyişikliklər ölkənin dövlət müstəqilliyinin və beynəlxalq aləmdə nüfuzunun ardıcıl surətdə möhkəmlənməsini təmin edir.

Əminəm ki, ənənəvi dostluq, qarşılıqlı etimad və bir-birinin mənafelərinin nəzərə alınması prinsiplərinə əsaslanan çoxplanlı Özbəkistan-Azərbaycan münasibətləri dost ölkələrimizin və xalqlarımızın mənafeyi naminə bundan sonra da uğurla inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, icazə verin, bu xoş fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, ailə səadəti və ali dövləti fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına sülh və firavanlıq arzu edim".

x x x

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Belarus ilə Azərbaycanın əməkdaşlığı xalqlarımız arasında tarixən yaranmış dostluq münasibətləri, hər iki dövlətin strateji tərəfdaşlığının dərinləşdirilməsinə yönəlmiş fəal və səmərəli səylər ilə səciyyəvidir. Bu, Sizin Belarus Respublikasına rəsmi səfəriniz zamanı bir daha təsdiq olundu.

Belarusun və Azərbaycanın iqtisadi potensialının möhkəmlənməsinə, ölkələrimizin vətəndaşlarının rifahının yüksəldilməsinə yönəlmiş bütün razılaşmaların reallaşacağına əmin olduğumu bildirirəm.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoş günlər, səadət və suveren Azərbaycanın firavanlığı naminə yeni zəfərlər diləyirəm".

x x x

Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə Sizə Türkmənistan xalqı və hökuməti adından, şəxsən öz adımdan səmimi təbriklərimi çatdırmağı özümə şərəf sayıram.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, bol həyat enerjisi, şəxsi həyatınızda xoşbəxtlik, dost Azərbaycan xalqının rifahı naminə bütün təşəbbüslərinizdə və səylərinizdə yeni uğurlar arzulayıram".

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Dövlət başçıları Prezident İlham Əliyevi təbrik edirlər

RƏYLƏR


Top news