Ermənilər ağalarının üzünə ağ olur...

Ermənilər ağalarının üzünə ağ olur...
18:12 22 Dekabr 2015
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənilər Rusiya ilə Qərb arasında ikibağlı dostluğun onlar üçün necə nəticələnəcəyini yaxşı bilirlər. 

Milli.Az xəbər verir ki, bunu Milli Məclisin üzvü, politoloq Rasim Musabəyov Ermənistan prezidenti Serj Sarqsyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Moskvada keçirilən sessiyasında çıxışına münasibət bildirərkən deyib.

Politoloq bildirib ki, Ermənistan prezidenti Serj Sarqsyan KTMT-nin Moskvada keçirilən sessiyasında isterik nitqi ilə yadda qalıb. Belə ki, o, təşkilatın nizamnaməsinə görə bir-birini kollektiv dəstək verməli olan, amma reallıqda guya Azərbaycan tərəfdən hərbi təzyiqə məruz qalan Ermənistanı inkar edən üzv dövlətlərin ünvanına kifayət qədər irad bildirib.

Çıxışı zamanı Sarqsyan NATO-nu nümunə gətirib. Hansı ki, Türkiyə ilə hətta düşmən münasibətlərdə olan Yunanıstan belə SU-24 təyyarəsinin vurulması hadisəsində Ankaranı dəstəkləmişdi. Amma KTMT-də isə bəziləri ermənilərə güllə atan Azərbaycana silah, digərləri isə beynəlxalq münasibətlərdə Bakıya siyasi dəstək verirlər. Heç kim Ermənistana, heç olmasa, telefonla da mənəvi dəstək belə vermək istəməyi lazım bilmir. Lakin Sarqsyanın bu "alovlu" nitqinə cavab yalnız dərin və çoxmənalı sükutdan ibarət olub. Əslində, Ermənistan prezidenti bu sükuta minnətdar olmalıdır. Çünki həmin an həmkarları ona tam əsaslı olaraq İlham Əliyevin dəfələrlə səsləndiyi belə bir sualı verə bilərdilər: "Erməni silahlı qüvvələri Azərbaycan ərazisində nə edirlər?"

Millət vəkilinin fikrincə, Sarqsyanın sözləri heç də erməni auditoriyasına hesablanmayıb, böyük ehtimalla öz ağası olan Moskvadan şikayət etmək istəyib: "Çünki Ermənistanda onun da, sözlərinin də "dəyər"ini yaxşı bilirlər. Ona görə də Sarqsyanın Rusiyaya birtərəfli istiqamətlənmiş yönümdən kəskin dönüş etməsini istisna etmək olmaz. Çünki məlumdur ki, böhran səbəbindən Rusiya əvvəllər olduğu kimi artıq özünün erməni "forpost"una səxavətlə himayadarlıq edə bilmir. Nüfuzlu amerikan və yəhudi diasporası isə onu zəngin Qərbə doğru çəkir. Amma çətin ki, bu baş tuta. Çünki Moskva Sarqsyan və onun ortaqlarının ipini əlində möhkəm tutur. Ermənilərə də onlar üçün ikibaşlı dostluğun nə ilə nəticələnə biləcəyi çox yaxşı bəllidir. Ona görə də böyük ehtimalla Sarqsyan öz hiddətini ifadə edərək özünün baş sponsoru və şefi olan Moskvadan şikayətini bildirmək istəyir. KTMT-nin digər üzvlərindən isə, onsuz da, hər hansı köməyi gözləməyə dəyməz".

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/392321.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR