İki dövlət başçısı prezident İlham Əliyevin ad gününü təbrik edib

İki dövlət başçısı prezident İlham Əliyevin ad gününü təbrik edib
18:19 22 Dekabr 2015
100 Ölkə
Ölkə mətbuatı
A- A+

Çin Xalq Respublikasının Sədri Si Cinpin prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib.

Lent.az-ın president.az-a istinadən məlumatına görə, təbrik məktubunda belə deyilir:

 

Hörmətli cənab Prezident,

Ad gününüz münasibətilə Sizə ən səmimi və xoş arzularımı bildirirəm.

Bu yaxınlarda Çinə çox uğurlu dövlət səfəri etdiniz. Çin və Azərbaycan arasında ikitərəfli münasibətlər, birgə maraq doğuran beynəlxalq və regional problemlər barədə Sizinlə geniş fikir mübadiləsi apararaq, mühüm ümumi nəticələrə gələ bildik. Əminəm ki, birgə səylərimiz nəticəsində ölkələrimiz arasında münasibətlər daha yüksək səviyyəyə qalxacaq, xalqlarımızın rifahına xidmət göstərəcək.

Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm.

Həmçinin Özbəkistanın prezidenti İslam Kərimov da prezident İlham Əliyevin ad gününü təbrik edib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226170

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR