Azərbaycan-Çin əməkdaşlığı ətnişlənir

Azərbaycan-Çin əməkdaşlığı ətnişlənir
18:38 22 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 22 dekabr, AZƏRTAC
Dekabrın 22-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Çin dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə Prezident İlham Əliyevin Çin Xalq Respublikasına (ÇXR) səfərinin yekunlarına həsr olunmuş “Azərbaycan-Çin siyasi əməkdaşlığının yeni mərhələsi” mövzusunda elmi seminar keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Çin dili və mədəniyyəti mərkəzinin müdiri, professor Rafiq Abbasov dövlətimizin başçısının ÇXR-ə son səfəri haqqında məlumat verərək iki ölkə arasında mövcud dostluq və çoxtərəfli əlaqələrin inkişafından, həmçinin beynəlxalq və regional təşkilatlar çərçivəsində Azərbaycan-Çin əməkdaşlığının genişləndirilməsinin tarixi əhəmiyyətindən danışıb.
Tarix elmləri doktoru Nurulla Əliyev “Uzaq Şərqin müasir geosiyasətinin xüsusiyyətləri” mövzusunda çıxış edib.
Sonra ÇXR-in Azərbaycandakı səfirliyinin müşaviri Yuy Xunçi sənaye, nəqliyyat və logistika sahəsində Azərbaycan-Çin əməkdaşlıq perspektivlərindən danışıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_CHin_emekdasligi_etnislenir-913394

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR