Devalvasiyadan sonra bazarda vəziyyət necədir?

Devalvasiyadan sonra bazarda vəziyyət necədir?
18:44 22 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Dekabrın 21-də Azərbaycanda baş verən devalvasiyadan sonra istehlak bazarında qiymət artımı müşahidə olunmaqdadır.

 

"APA-Economics"in apardığı araşdırma göstərir ki, gündəlik tələbat məhsullarının əksəriyyətinin qiymətində 20-30%-lik artım baş verib.

 

Paytaxtın iri mağazalarının satıcıları ilə söhbət əsnasında öyrəndik ki, qiymətlər bu gün səhər saatlarından etibarən qalxıb. "Səhər firmalar gətirdikləri məhsulların yeni qiymətlərini təqdim ediblər və yeni qiymətlərə uyğun olaraq satış həyata keçirilir", - deyə satıcılardan biri bildirib.

 

Qiyməti artan məhsullara gəlincə, bu qəbildən olan mallara ərzaq məhsulları aiddir. Məsələn, devalvasiyayadək qiyməti 5 manat olan "Azərçay" hazırda 7,30 manata, 0,68 manata olan “Lafarella” makaronları 0,85 manata, 0,57 manata olan “Doymak” makaronu 0,70 manata, 3,99 manata olan 500 qramlıq “Westgold” yağları 4,90 manata, salfetlər 0,50 manatdan 0,60-0,70 manatadək bahalaşıb.

 

Satıcılar ən çox qiymət artımının yağ məhsullarında qeydə alındığını bildirib. Bundan başqa, tütün məmulatlarının qiymətində də bahalaşma müşahidə olunur.

 

Maraqlıdır ki, alıcılar istehlak məhsullarını devalvasiyaya qədər olduğu kimi az miqdarda (normasında) deyil, böyük həcmdə almaqda israrlıdır. Bunun qarşısını almaq məqsədilə bir sıra iri mağazalar alınacaq məhsulların sayına limit tətbiq edir.

 

Artıq məsələ ilə bağlı bazardakı iri şirkətlər də öz mövqeyini bildirib. "Veysəloğlu" Şirkətlər Qrupunun açıqlamasında qeyd edilir ki, manatın məzənnəsinin ABŞ dollarına nisbətən növbəti dəfə aşağı düşməsi onun distributorluq etdiyi məhsulların qiymətlərinə də təsirsiz ötüşməyəcək: “Şirkətin əsas fəaliyyəti idxal üzərində qurulduğundan ABŞ dollarının məzənnəsinin kəskin artması şirkət üçün də bir sıra çətinliklər yaradıb. Hazırda şirkət özünün qiymət siyasətini yenidən nəzərdən keçirir”. Şirkət iddia edir ki, bu gün hər hansı süni qiymət artımından söhbət gedə bilməz, yalnız yaranmış mövcud durum qiymət siyasətinin manatın yeni məzənnəsinə uyğunlaşmasını zəruri edib.

 

"Gilan Holdinq"dən isə "APA-Economics"ə bildiriblər ki, milli valyutamızın devalvasiyaya uğraması idxala əsaslanan məhsulların bahalaşmasına səbəb ola bilər. Bununla yanaşı, açıqlamada qeyd edilir ki, yerli istehsala əsaslanan məhsulların satış qiymətində ciddi artım müşahidə olunmayacaq.

 

Məhsulları ilə istehlak bazarında ciddi mövqeyə sahiblənən "Azərsun Holdinq" məsələyə münasibət bildirməyib.

 

Devalvasiyanın tikinti və tikinti materialları bazarına təsiri barəsində danışan "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov isə bildirib ki, tikinti materialları bazarında qiymət artımı gözləniləndir: "Tikinti bazarında qiymət artımının baş verəcəyi gözlənilir. Təbii ki, idxal olunan tikinti materiallarında qiymət artımının olması gözləniləndir. Bununla yanaşı, devalvasiyadan sonra yerli tikinti məhsullarının da qiyməti arta bilər. Bu məsələdə bir neçə amil var. Ümumilikdə, tikinti materiallarının qiyməti 15-20% civarında artacaq".

 

Tikinti sektorundakı qiymətlərlə bağlı gözləntilərini dilə gətirən ekspert bunları qeyd edib: "Tikinti bazarında tikinti materiallarının ümumi maya dəyəri 38-40%-dir. Əgər tikinti materiallarının qiyməti 7-8% qalxarsa demək ki, tikintinin maya dəyərində onun payı 3% olacaq, ondan artıq olmayacaq".

 

Avtomobil bazarını da qiymət artımı gözləyir. Yaponiya istehsalı avtomobillərin Bakıdakı rəsmi dillerinin rəhbəri Mustafa Abbasbəyli bildirir ki, manatın devalivasiyası ölkəyə gətirilən maşınların qiymətinin artırmasına səbəb olacaq: "Qiymət artımı devalvasiyaya proporsional və ya ona yaxın həddə baş verəcək".

 

M. Abbasbəyli əlavə edib ki, onsuz da passiv vəziyyətdə olan "ikinci əl" avtomobil bazarı devalvasiyadan sonra daha da passivləşəcək. Ekspertin fikrincə, "ikinci əl" bazarda qiymətlər 15-20% enəcək.

 

Yeri gəlmişkən, bu gün Tehranda rəsmi səfərdə olan iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev istehlak bazarında baş verə biləcək proseslərdən danışıb. Nazirin sözlərinə görə, qiymətlərin süni şəkildə qaldırılmasının qarşısını almaq məqsədilə bütün zəruri tədbirlər görüləcək: "Təbii ki, manatın devalvasiyaya uğraması idxaldan asılı olan məhsulların qiymətinə təsir edir və onların qiyməti artacaq. Lakin biz bu prosesə nəzarət edəcəyik. Süni şəkildə, devalvasiyadan asılı olmayan səbəbdən qiymət artımının qarşısı alınacaq".

 

Ş. Mustafayevin rəhbərlik etdiyi qurumun yaydığı bəyanatda isə deyilir ki, qurum yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında məzənnə dəyişikliyi ilə bağlı olmayan qiymət artımı, süni mal qıtlığı və digər sui-istifadə hallarının qarşısının alınması üçün nəzarət tədbirləri gücləndirilib.

 

Bununla əlaqədar Dövlət Xidməti istehlak bazarında baş verən dəyişiklikləri diqqətlə təhlil edir və manatın məzənnəsinin dəyişməsindən sui-istifadə hallarına rast gəlindiyi təqdirdə, qanunvericiliyə uyğun tədbirlər görüləcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Sərxoş qız bacısının ölümünü lentə aldı - VİDEO

24 İyul 2017 22:27

Azərbaycan neftinin SON QİYMƏTİ

24 İyul 2017 22:27

Rusiyada şaxtada partlayış baş verib

24 İyul 2017 22:17

24 ildir ki, işğalda qalan məscidin açarlarını özündə saxlayır - VİDEO

24 İyul 2017 22:17

İxtisas seçimində diqqətli olun - VALİDEYNLƏR, BUNU ETMƏYİN - VİDEO

24 İyul 2017 22:12

Merilin Monronun indiyədək üzə çıxmayan fotoları

24 İyul 2017 22:12

Mələklərin var olduğunu sübut edən görüntülər-

24 İyul 2017 22:12

Hamı çatmaqaş, hamı çələngli: Dünyanın Frida xoşbəxtliyi - FOTO

24 İyul 2017 22:05

Ən bahalı və ən ucuz ixtisaslar - VİDEO

24 İyul 2017 21:57

"Gəldik ki, yanğınsöndürənlər yaxınlaşa bilmir" - Xaçmazda yanan bazarın görüntüləri - VİDEO - FOTO

24 İyul 2017 21:57

Kosmik hotel layihəsi təqdim olunub

24 İyul 2017 21:52

Oğul övladı arzusunda olanlar -

24 İyul 2017 21:45

Bakıda faciəvi şəkildə ölən tələbənin FOTOSU

24 İyul 2017 21:42

Bakıda qeyri-adi küçə - VİDEO

24 İyul 2017 21:42

İsmayıllıda avtomobil oğurlandı

24 İyul 2017 21:38

Türkiyəli müğənni xəstəxanalıq oldu - FOTO

24 İyul 2017 21:37

Bakıda avtobus qəza törədib - FOTO

24 İyul 2017 21:32

Yardımlıda qədim yaşayış yerləri aşkarlanıb - FOTO

24 İyul 2017 21:32

AVRO-2017-nin biletləri satışda!

24 İyul 2017 21:29

İsveçrədə avtomatik mişarla insanlara hücum çəkən şəxsin adı açıqlanıb

24 İyul 2017 21:27

7 yaşlı uşağı it dişləyib

24 İyul 2017 21:27

Əməkdar artist: "Qızıma haqsızlıq etdilər, dözməyib onu sənətdən uzaqlaşdırdım" - FOTO

24 İyul 2017 21:22

Füzulidə su nasos stansiyasının yaxınlığında mina aşkarlanıb

24 İyul 2017 21:19

Daha bir türk serialı başlayır - FOTO

24 İyul 2017 21:17

Ağdamda 7 yaşlı uşağı it dişlədi

24 İyul 2017 21:14

Hollivud ulduzu qazaxların milli geyimində - FOTO

24 İyul 2017 21:12

Tanınmış teleaparıcı müğənniləri ifşa etdi: "Bu artıq naşükürlükdür" - FOTO

24 İyul 2017 21:12

Dünya şöhrətli Ququşun qohumu illərin SİRRİNİ açdı: "Bütün yaxınları ondan imtina etdi" - FOTO

24 İyul 2017 21:05

Reyd zamanı gərgin anlar - VİDEO

24 İyul 2017 21:05

Azərbaycanın stolüstü tennisçisi Avropa çempionu olub

24 İyul 2017 20:57

Pakistanda partlayış -

24 İyul 2017 20:57

10 min elektron kitabın təqdimatı olub

24 İyul 2017 20:52

Əfsanəvi üzgüçü akula ilə yarışdı və...

24 İyul 2017 20:48

Tarix İnstitutunda 10 min elektron kitabın təqdimatı olub

24 İyul 2017 20:46

IDC - Bakı regionda ən yaxşı "ağıllı şəhər" praktikasına nümunə ola bilər

24 İyul 2017 20:42

Füzulidə mina tapıldı

24 İyul 2017 20:39

Azərbaycanda heyvandarlığın inkişafına dair zona müşavirələri keçiriləcək

24 İyul 2017 20:37

Dağlar qoynundakı təbiət möcüzəsi: Buzluq kəndi - FOTOREPORTAJ

24 İyul 2017 20:37

Blogerlərin kriminal xəbərdə yer alan fotosu BAŞLARINA İŞ AÇDI

24 İyul 2017 20:33

Xaçmazda maşın 8 yaşlı uşağı vurdu

24 İyul 2017 20:29

Neft hasilatının azaldılması barədə sazişin müddəti uzadıla bilər

24 İyul 2017 20:28

"Yuventus" hücumçu alır

24 İyul 2017 20:27

Pakistanda bazarda partlayış: 25 ölü, 53 yaralı

24 İyul 2017 20:24

Bu adamın ayaqları hər kəsi şoka salır

24 İyul 2017 20:22

Su nasos stansiyasının yaxınlığında mina aşkarlanıb - FOTO

24 İyul 2017 20:22

Füzuli rayonunun Aşağı Kürdmahmudlu kəndi ərazisində 1 ədəd piyada əleyhinə mina tapılıb

24 İyul 2017 20:22

“Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində yay məktəbi başlayıb

24 İyul 2017 20:17

"Şerif"in baş məşqçisi: "Bu hər iki komanda üçün prolemdi"

24 İyul 2017 20:17

Danilo özünə nömrə seçdi

24 İyul 2017 20:17

Dr.Web: “Google Play”dən EHTİYATLI OLUN”

24 İyul 2017 20:13