Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Jurnalist Rasim Əliyevi öldürməkdə təqsirləndirilənlərin işi məhkəməyə göndərildi - RƏSMİ

Jurnalist Rasim Əliyevi öldürməkdə təqsirləndirilənlərin işi məhkəməyə göndərildi - RƏSMİ

Date: 22 December 2015 18:49

Futbolçu Cavid Hüseynun barəsində başlanmış cinayət işi isə ayrıca icraata götürülüb

Bakı şəhər Prokurorluğu jurnalist Rasim Əliyevin avqustun 8-də Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək öldürülməsi ilə bağlı növbəti məlumatı yayıb. Prokurorluqdan Lent.az-a daxil olan məlumatda bildirilir ki, dekabrın 22-də Kənan Mədətov, Camal Məmmədov və Samir Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), Elşən İsmayılov və Arif Əliyevin isə həmin Məcəllənin 126.3 və 177.1-ci (oğurluq) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı təsdiqlənərək baxılması üçün Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilib.

 

Cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata cinayət işi ayrılıb və məhkəməyə göndərilmək mərhələsindədir.

 

 


Tags:  Jurnalist Rasim Əliyevi öldürməkdə təqsirləndirilənlərin işi məhkəməyə göndərildi RƏSMİ

RƏYLƏR


Top news