Quba-Xınalıq yolunda nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib

18:53 22 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 22 dekabr, AZƏRTAC 
Dekabrın 22-si səhər saatlarında baş verən qar uçqunu səbəbindən bağlanan Quba-Xınalıq yolunda nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.
“Azəryolservis” ASC-dən AZƏRTAC-a bildirilib ki, ümumilikdə sözügedən ərazidə 6 yerdə qar uçqunu qeydə alınıb. Yolda hərəkətin bərpası üçün dərhal əraziyə “Azəryolservis” ASC-nin Quba 6 saylı Yol İstismar İdarəsinin ağır texnikası cəlb edilib. Texnikanın çalışdığı ərazilərdə qar uçqununın yenidən təkrarlanması təhlükəsi olmasına baxmayaraq qısa müddət ərzində yol qar kütləsindən təmizlənib və nəqliyyat vasitələrinin həm Xınalıq kəndi istiqamətinə, həm də Quba şəhərinə doğru hərəkəti tam bərpa edilib.
“Azəryolservis” ASC sürücülərdən Quba-Xınalıq yolundan istifadə edərkən ehtiyatlı olmalarını xahiş edir və yola idarə etdikləri nəqliyyat vasitələrinin sazlığına əmin olduqdan sonra çıxmalarını tövsiyə edir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Quba_Xinaliq_yolunda_neqliyyat_vasitelerinin_hereketi_berpa_edilib-913401

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR