Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Jurnalistin döyülərək ölməsi faktına görə başlanmış cinayət işinin istintaqı tamamlanıb

Date: 22 December 2015 18:58


Bakı, 22 dekabr, AZƏRTAC
Bakı şəhər sakini Rasim Əliyevin avqustun 8-də Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək vəfat etməsi faktına görə Bakı Şəhər Prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Bakı Şəhər Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilir ki, dekabrın 22-də Kənan Mədətovun, Camal Məmmədovun və Samir Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), Elşən İsmayılovun və Arif Əliyevin isə həmin Məcəllənin 126.3-cü və 177.1-ci (oğurluq) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı təsdiqlənərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1-ci (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata cinayət işi ayrılıb və məhkəməyə göndərilmək mərhələsindədir.

Tags:  Jurnalistin döyülərək ölməsi faktına başlanmış cinayət işinin istintaqı tamamlanıb


RƏYLƏR


Top news