Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

İsveç polisi ölkədə təhlükəsizliyi təmin etmək üçün hərbçiləri cəlb etmək niyyətindədir

İsveç polisi ölkədə təhlükəsizliyi təmin etmək üçün hərbçiləri cəlb etmək niyyətindədir

Date: 22 December 2015 19:03


Stokholm, 22 dekabr, AZƏRTAC
İsveç polisi ölkəyə gələn çoxsaylı qaçqınlarla əlaqədar təhlükəsizliyi təmin etmək üçün Krallıqda hərbçilərin gücündən istifadə olunması haqqında ərizə ilə müraciət edib.
Bu ilin natamam 12 ayı ərzində İsveçə 180 mindən çox qaçqın gəlib. Daha əvvəl Krallığın miqrasiya idarəsi elan edib ki, 2015-2016-ci illərdə 9,7 milyon əhalisi olan ölkəyə 340 mindən çox qaçqının gələcəyi gözlənilir. Bu, cəmiyyətdə narazılığın artmasına səbəb olur. İsveçdə qaçqınların müvəqqəti yaşaması üçün ayrılan düşərgələrin yandırılması halları da artıb. Təkcə son aylar ərzində 30-dan çox bu cür hadisə qeydə alınıb. Belə vəziyyətdə hökumət təhlükəsizlik məsələlərinə daha çox diqqət yetirməyi qərara alıb, amma Krallıqda asayiş keşikçilərinin çatışmazlığı hiss olunur.
Yaranmış vəziyyətdə İsveç Baş Polis İdarəsinin rəisi Dan Eliasson hazırda polis tərəfindən mühafizə olunan bəzi obyektlərin qorunmasına ordunu cəlb etmək təklifini irəli sürüb.
Qeyd edək ki, İsveçin asayiş keşikçiləri və hərbi rəhbərliyi arasında ən yüksək səviyyədə danışıqlar artıq başlanıb. İsveç Baş Polis İdarəsinin rəisi Dan Eliasson vurğulayıb ki, çox güman, bu danışıqların nəticələri müsbət olacaq.

Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm

Tags:  İsveç polisi ölkədə təhlükəsizliyi təmin etmək hərbçiləri cəlb etmək niyyətindədir


RƏYLƏR


Top news