Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rasim Əliyevin qətlə yetirilməsi ilə bağlı istintaq başa çatdı

Rasim Əliyevin qətlə yetirilməsi ilə bağlı istintaq başa çatdı

Date: 22 December 2015 19:05

Bakı şəhər sakini Rasim Əliyevin avqustun 8-də Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək vəfat etməsi faktına görə Bakı şəhər prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Respublika Prokurorluğunun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dekabrın 22-də Kənan Mədətov, Camal MəmmədovSamir Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), Elşən İsmayılovArif Əliyevin isə həmin Məcəllənin 126.3 və 177.1-ci (oğurluq) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı təsdiqlənərək baxılması üçün Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilmişdir.

Cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata cinayət işi ayrılmış və məhkəməyə göndərilmək mərhələsindədir.

Milli.Az


Tags:  Rasim Əliyevin qətlə yetirilməsi bağlı istintaq başa çatdı


RƏYLƏR


Top news