Astara sakini yeni limon növü yetişdirib

Astara sakini yeni limon növü yetişdirib
19:08 22 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Astara, 22 dekabr, Bağır Əliyev, AZƏRTAC
Astara rayonunda yetişdirilən limon ətri və dadı ilə məşhurdur. Təsərrüfat sahibləri bu sitrus meyvəsinin yeni növlərini yetişdirməklə daha çox alıcı cəlb edə biliblər.
AZƏRTAC xəbər verir ki, Astara rayonunun Şiyəkəran kənd sakini Zəbiəli Əliyevin bağında yetişdirilən limonlar ilk baxışdan armudu xatırladır.
Z.Əliyev bildirib ki, limonun bu növünü Özbəkistandan gətirib və calaq üsulu ilə artırmağa başlayıb.
Təsərrüfat sahibinin sözlərinə görə, yeni limonun qabığı qalın olduğu üçün şaxtaya davamlıdır. Ağacı isə yerli şəraitə uyğunlaşmaq baxımından əlverişlidir.
Bu səbəbdən də Zəbiəli Əliyev növbəti illərdə təsərrüfatında limonun bu növünü daha da artırmağı və kütləvi satışını təşkil etməyi planlaşdırır. O əmindir ki, yeni limon növünün çoxlu alıcısı da olacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Astara_sakini_yeni_limon_novu_yetisdirib-913413

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR