Azərbaycan və Türkiyə hesablama palataları arasında əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub

Azərbaycan və Türkiyə hesablama palataları arasında əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub
19:08 22 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 22 dekabr, AZƏRTAC
Türkiyə Respublikası Hesablama Palatasının sədri Recai Akyel Azərbaycan Respublikasının Hesablama Palatasında olub.
Palatadan AZƏRTAC-a bildiriblər ki, Hesablama Palatasının inzibatı binası ilə tanış olan qonaq qurumun sədri Vüqar Gülməmmədov ilə görüşüb. V.Gülməmmədov iki qardaş ölkənin Ali Audit Qurumları arasında əməkdaşlığı yüksək qiymətləndirib.
Görüşdə Azərbaycan Respublikası Hesablama Palatası və Türkiyə Respublikası Hesablama Palatası arasında formalaşmış sıx əməkdaşlığın gələcək istiqamətləri ilə bağlı müzakirələr aparılıb.
Görüşdə Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Seyfullah Hacımüftüoğlu da iştirak edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_ve_Turkiye_hesablama_palatalari_arasinda_emekdasligin_gelecek_istiqametleri_muzakire_olunub-913412

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR