“Kitabi-Dədə Qorqud”u dünyaya tanıdan xarici alimlər Bakıda

“Kitabi-Dədə Qorqud”u dünyaya tanıdan xarici alimlər Bakıda
19:13 22 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 22 dekabr, AZƏRTAC
“Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinə həsr olunmuş yubiley tədbirində iştirak etmək üçün Bakıya gələn elm adamları Bakı Slavyan Universitetində (BSU) təşkil olunan “dəyirmi masa”da iştirak ediblər.
BSU-dan AZƏRTAC-a bildirilib ki, “dəyirmi masa”nın moderatoru, Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyasının sədri, professor Rəhilə Qeybullayeva bildirib ki, “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” Prezident İlham Əliyevin müvafiq Sərəncamı çərçivəsində həyata keçirilən layihələrə dünyanın tanınmış elm adamları böyük töhfələr veriblər.
İzmir Ege Universitetinin professoru Fikrət Türkmən, Türkiyənin Marmara Üniversitetinin professoru Mustafa Kaçalin, Tbilisi Dövlət Universitetinin professoru David Qotsiridze, Almaniyanın Maynz Univeristetinin professoru Hendrik Bushoten, Türkiyənin Koç Universitetinin professoru, italyalı alim Fabio Salomoni, Moskva Dövlət Linqvistik Universitetinin professoru Aleksandr Bondarev, Rusiyada fəaliyyət göstərən “Xudojestvennaya literatura” nəşriyyatının direktoru, akademik Georgi Pyaxin “Kitabi-Dədə Qorqud” dastanının türk dünyasının şifahi xalq yaradıcılığında tutduğu əvəzsiz rolundan danışıb, dastanın hər sətri ətrafında araşdırmaların aparılmasının vacibliyini vurğulayıblar.
Alman şərqşünası Fridrix fon Dits 1815-ci ildə ilk dəfə “Kitabi-Dədə Qorqud” dastanını aşkara çıxararaq “Bastın Təpəgözü öldürdüyü boy”u alman dilinə çevirib geniş “Müqəddimə” ilə dünya elminə təqdim edib. Bu əsər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən 25 dilə tərcümə edilərək nəşr olunub. Həmin kitab qonaqlara hədiyyə edilib.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kitabi_Dede_Qorqudu_dunyaya_tanidan_xarici_alimler_Bakida-913417

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR