Bacısı azərbaycanlı müğənninin bek vokalı oldu - fotolar+video

Bacısı azərbaycanlı müğənninin bek vokalı oldu - fotolar+video
19:21 22 Dekabr 2015
79 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Murad Sadıx 90-cı illərin hit mahnısı “Dinlə”ni repertuarına daxil edib.

Axşam.az-ın məlumatına görə, Murad bu bəstəni ifa etməsinə belə aydınlıq gətirib:

"Mahnı ilk dəfə 1994-cü ildə türk müğənnisi Nuray Hafiftaş tərəfindən oxunub. Ötən illər ərzində bizim ifaçılar da bu mahnıya öz repertuarlarında yer veriblər. Mənə gəldikdə isə gizlətmirəm, bu mahnını sevdiyim xanım üçün oxumuşam. Adı hələ ki, sirr qalsın. Mahnının orijinallığını qoruyub saxlasaq da, aranjimana görə dəyərli musiqiçimiz Nazim Əhmədə təşəkkür edirəm. "Dinle"ni peşəkar səs rejissoru Faiq Babayevin studiyasında lentə aldıran zaman çox maraqlı hadisə baş verdi. Faiq müəllim məsləhət gördü ki, mahnıda ikinci ifaçıya, daha dəqiqi bekləri oxumaq üçün xanım səsinə ehtiyac var. Vaxt azlığından qadın müğənnilərimizə müraciət edə bilmədik. Ona görə də, köməyə doğma bacım Səbinə xanım gəldi. O, müğənni olmasa da, şirin səs sahibidir. Fikrimcə, təsadüf nəticəsində verilən bu qərar uğurla nəticələndi. İnanıram ki, dinləyicilər zəhmətimizi müsbət dəyərləndirəcəklər".











Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42963

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR