Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Prokurorluq Cavid Hüseynovun ittiham olunduğu maddələri AÇIQLADI

Prokurorluq Cavid Hüseynovun ittiham olunduğu maddələri   AÇIQLADI

Date: 22 December 2015 19:22

Bakı şəhər sakini Rasim Əliyevin avqustun 8-də Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək vəfat etməsi faktına görə Bakı şəhər prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Bakı Şəhər Prokurorluğundan Fanat.az-a verilən məlumata görə, dekabrın 22-də Kənan Mədətov, Camal Məmmədov və Samir Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), Elşən İsmayılov və Arif Əliyevin isə həmin Məcəllənin 126.3 və 177.1-ci (oğurluq) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı təsdiqlənərək baxılması üçün Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilib.

Cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata cinayət işi ayrılıb və məhkəməyə göndərilmək mərhələsindədir.

Fanat.az

Tags:  Prokurorluq Cavid Hüseynovun ittiham olunduğu maddələri AÇIQLADI

RƏYLƏR


Top news