Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“iPhone” markalı telefonların kamerasının istehsalında 800-dən çox işçi çalışır

“iPhone” markalı telefonların kamerasının istehsalında 800-dən çox işçi çalışır

Will iPhone 8 have 3D camera? (26 November 2016 15:46)

Date: 22 December 2015 19:23


Bakı, 22 dekabr, AZƏRTAC
Bir sıra ekspertlərin fikrincə, dünyanın ən böyük texnoloji şirkəti “Apple”in istehsalı olan “iPhone” markalı telefonların kamerası mobil kameralarla bağlı birinci onluğa daxildir.
AZƏRTAC “ubergizmo.com” saytına istinadla xəbər verir ki, “iPhone”un kamerasının istehsalında 800-dən çox işçi çalışır. Yalnız kameranın istehsalında bu qədər insanın çalışması maraq doğurub. Şirkət mütəxəssisləri bu məsələyə aydınlıq gətirərək kameranın 200 detaldan hazırlandığını bildiriblər.
“Apple”nin mütəxəssisi Graham Townsend bildirib ki, kamera bir kadrı çəkmək üçün 24 milyard əməliyyatı icra edir. Mütəxəssisin sözlərinə görə, şirkət şəkil çəkərkən əl titrəməsi nəticəsində yaranan problemi də aradan qaldırmağa çalışır.
Məlumatlara görə, hazırda “iPhone7”in yeni kamerası hazırlanır. Yeni modulda kameranın iki obyektivli olması planlaşdırılır.

Tags:  iPhone markalı telefonların kamerasının istehsalında 800-dən çox işçi çalışır



RƏYLƏR


Top news