Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Amrahbank"ın təmin edilməmiş istiqrazlarının emissiya prospekti qeydə alınıb

Date: 22 December 2015 19:28


Bakı, 22 dekabr, AZƏRTAC
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Amrahbank" ASC-nin faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının emissiya prospektini qeydə alıb.
Bakı Fond Birjasından (BFB) AZƏRTAC-a bildiriblər ki, emissiyanın həcmi 10 milyon ABŞ dolları, yerləşdiriləcək istiqrazların sayı 100 min ədəd, bir istiqrazın nominal dəyəri 100 ABŞ dolları, istiqrazların tədavül müddəti 6 il 1 ay, istiqraz üzrə faiz dərəcəsi 9 faiz, faiz ödəniş dövrünün müddəti 3 aydan birdir. "AzFinance İnvest" QSC anderrayter vəzifəsində çıxış edir.
Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə BFB-də həyata keçiriləcək. İstiqrazları əldə etmək istəyən şəxslər BFB-nin üzvü olan və broker lisenziyasına malik təşkilata müraciət edə bilərlər.
"Amrahbank" ASC-nin istiqrazlarının emissiya prospekti Bakı Fond Birjasının internet saytının (www.bfb.az ) "Emitentlər" bölməsində yerləşdirilib.

Tags:  Amrahbankın təmin edilməmiş istiqrazlarının emissiya prospekti qeydə alınıb


RƏYLƏR


Top news