Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Azercell”in dəstəyi ilə müəllimlər üçün xüsusi təlimlər keçirilib

“Azercell”in dəstəyi ilə müəllimlər üçün xüsusi təlimlər keçirilib

Date: 22 December 2015 19:28


Bakı, 22 dekabr, AZƏRTAC
“Azercell Telekom” MMC və “British Council” şirkəti tərəfindən peşə təhsili sahəsində keçirilən təlim kursu başa çatıb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, “İş dünyası üçün bacarıqlar” layihəsi çərçivəsində təşkil olunan kurslarda Bakının müxtəlif peşə təhsili müəssisələrində fəaliyyət göstərən 36 müəllim iştirak edib. Böyük Britaniyadan dəvət olunmuş mütəxəssis tərəfindən keçirilən təlim kursunda peşə təhsili üzrə yeni modellər və strategiyalar, yerli mühit və işəgötürənlərlə əlaqələrin qurulması ilə bağlı məlumat verilib.
Təhsil Nazirliyi tərəfindən dəstəklənən layihənin əsas məqsədi peşə məktəblərində informasiya-kommunikasiya texnologiyaları və telekommunikasiya üzrə təhsil alan tələbələrin bilik və qabiliyyətlərinin artırılmasıdır.

Tags:  Azercellin dəstəyi müəllimlər xüsusi təlimlər keçirilib


RƏYLƏR


Top news