Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Cavid Hüseynovu hansı cəza gözləyir? - MADDƏLƏR

Cavid Hüseynovu hansı cəza gözləyir? -   MADDƏLƏR

Date: 22 December 2015 19:37

Xəbər verdiyimiz kimi Bakı şəhər sakini Rasim Əliyevin avqustun 8-də Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək vəfat etməsi faktına görə Bakı şəhər prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb. Bakı Şəhər Prokurorluğu təqsirləndirilən şəхslərin ittiham olunduğu maddələri açıqlayıb.


Məlum olub ki, "Qəbələ"nin və milli komandamızın üzvü Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 və 307.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata cinayət işi ayrılıb və məhkəməyə göndərilmək mərhələsindədi.


Bəs bu maddələr üzrə Cavid Hüseynovu hansı cəza gözləyir? Fanat.az Azərbaycan Respubliksı Cinayət Məcəlləsindən çıхarışı təqdim edir:


307.1. Ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə 


- beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


307.2. Qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə


- iki min manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


Rasim Əliyevin döyülərək öldürülməsinə gəlincə, Kənan Mədətov, Camal Məmmədov və Samir Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), Elşən İsmayılov və Arif Əliyevin isə həmin Məcəllənin 126.3 və 177.1-ci (oğurluq) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı təsdiqlənərək baxılması üçün Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilib.


126.3. Bu Məcəllənin 126.1 və 126.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda


- yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


177.1. Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama 


- yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə və ya yüz səksən saatdan iki yüz qırx saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


Fanat.az


Tags:  Cavid Hüseynovu hansı cəza gözləyir MADDƏLƏR

RƏYLƏR


Top news