Bakının bağlı QALAN mağazaları, aptekləri, siqaret satmayan köşkləri - REPORTAJ

Bakının bağlı QALAN mağazaları, aptekləri, siqaret satmayan köşkləri -   REPORTAJ
19:39 22 Dekabr 2015
54 Sosial
Ölkə mətbuatı
A- A+

Üzən məzənnəyə keçid barədə qərardan sonra paytaxtın əksər mağazalarında ərzaq və qeyri-ərzaq məhsullarının, xüsusilə tütün məmulatlarının satışı qanunsuz olaraq dayandırılıb. Mağaza sahibləri bunu kassa aparatlarında problem olması kimi inandırıcı görünməyən səbəblərlə əsaslandırmağa çalışsa da, əsl səbəb hər kəsə məlumdur. Bu gündən etibarən isə şəhərin əksər aptekləri dərman satışını dayandırıb. Bir çox apteklərdə qapılara “bağlıdır” lövhəsi vurulsa da, içəridə qaynar fəaliyyətin getdiyini şüşə arxasından aydın görmək olur. APA TV-nin çəkiliş qrupu bu gün paytaxtın bağlı mağaza və apteklərində vəziyyəti araşdırıb.

Şəhər sakinləri açıq olan apteklərdə belə dərmanların satılmadığından şikayətçidir:

“Girmişik bu aptekə, təzyiq dərmanı istəyirik, deyir yoxdur. Getmişik “Nizami” metrosunun yanına, orada aptek açıqdır, girmişik mağazalara, marketlərə, deyir, yoxdur, bağlayıblar. Yəqin qiymətlərə görədir. Heç kəs köhnə qiymətlə satmır, deyirlər, ümumiyyətlə yoxdur. Get aptekə, bax bağlayıb, qaranlıqda oturub, deyir ki, dərman yoxdur. Baha da olsa heç olmasa sat da. Baha satmağa qorxur, ucuz da vermir”.

Xanımın dediyi aptekə yollanırıq, gördüyümüz mənzərə heç də ürək açan deyil.

-          Apteki niyə bağlamısınız? Səbəbi nədir?

-          Hamı necə, biz də elə. Tənzimlənən qiymətləri düzəldirik.

-          Obyekt bizim deyil.

-          Özüm bağlayıram. Kimə nə aidiyyəti var?

Bundan başqa şəhərin bəzi yerlərində mini marketlərin bağlı olduğunu müşahidə etdik.

“Biz hal-hazırda şəhəri gəzir, müşahidələr aparırıq. Qeyd etmək istəyirəm ki, böyük supermarketlər fəaliyyətini davam etdirsələr də, bəzi ərazilərdə, əsasən də  məhəllə arasında yerləşən mini marketlərin əksəriyyəti bağlıdır.

Şəhər sakinləri siqaret satışının dayandırılmasından şikayət edir:

“Dünən mən siqaret aldım, qiymətinin üstünə 1 manat artırıb satırlar. Xeyir ola? Buna qarşı tədbir görsünlər”.

Market sahibləri isə siqaretlərin satılıb qurtardığını deyir:

“Bəli, hal-hazırda siqaret yoxdur. Firma gətirmir. Dünən, bu gün gəlməyiblər. Köhnə siqaretlər satılıb. Köhnə qiymətlə. Mən özüm narahatam, günə 4 qutu siqaret çəkirəm. İndi siqaret tapmıram çəkməyə”.

Məsələ ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidmətinin şöbə müdiri Şahin Nağıyev bildirir ki, idxaldan asılı olan məhsulların qiymətində təbii ki, müəyyən artımlar olacaq, amma, bu artımlar iqtisadi əsaslı aparılmalıdır.

“Əsassız şəkildə hər hansı bir qiymət artımı olmamalıdır. Lakin buna baxmayaraq bəzi təsərrüfat subyektləri tərəfindən manatın devalvasiyasından istifadə dərək süni şəkildə əsassız qiymət artımı hallarına yol verilə bilər, belə halların qarşısının alınması üçün Dövlət Xidməti tərəfindən istehlak bazarında monitorinqlər başlayıb. Monitorinq zamanı hər hansı bir qanun pozuntusu aşkar edildikdə, həmin təsərrüfat subyektləri  barəsində qanuna müvafiq tədbirlər görüləcək.

Şahin Nağıyev dərmanların qiymətlərinin artmasına da münasibət bildirib.

“Məlum olduğu kimi sosial əhəmiyyət kəsb edən dərman vasitələrinin qiymətləri dövlət tərəfindən tənzimlənməyə başlanılıb. Artıq bir sıra dərman vasitələrinin qiymətləri Tarif Şurası tərəfindən təsdiq edilib. Təbii ki, manatın devalvasiyaya uğramasından sonra müəyyən dərman vasitələrinin qiymətlərində müəyyən qədər artım olacaq. Ancaq buna baxmayaraq sosial əhəmiyyətli olan dərmanların indiki qiymətləri saxlanılacaq”.

Qeyd edək ki, indiyə qədər Tarif Şurası 3500-dən çox dərman vasitəsinin qiymətinin tənzimlənməsi barədə qərar verib. Bu dərman vasitələrinin tənzimlənən qiymətlərlə satılacağı, yoxsa qiymətlərdə dəyişiklik ediləcəyi barədə hələlik açıqlama verilmir.  

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

25 yaşlı oğlan spirtli içkidən komaya düşdü

24 May 2017 21:54

Bu üsul sizi bəyaz dişlərə qovuşduracaq

24 May 2017 21:52

Nazir: “Neft razılaşmasının müddəti uzadılacaq”

24 May 2017 21:49

Acı bibərin İNANILMAZ FAYDALARI

24 May 2017 21:47

Bu ilin dəbli cinsləri: belə geyinin - FOTO

24 May 2017 21:47

Uşaqlar və böyüklər üçün faydalı qida

24 May 2017 21:42

Nazirlik: Məhsula bir neçə dəfə dərman vurulmasa...

24 May 2017 21:42

Cinsi inqilab - Ondan nə gözləyirdilər, nəticə necə oldu?

24 May 2017 21:37

Şamaxıda sel suları iki körpünü uçurub, bir kəndlə əlaqə kəsilib

24 May 2017 21:37

Heyvanlar da yoqayla məşğul olurmuş... - MƏZƏLİ FOTOLAR

24 May 2017 21:37

Ekzotik saç düzümləri - VİDEO

24 May 2017 21:37

20 ölü, 48 yaralı -

24 May 2017 21:37

Saxta saat və eynəklər XƏRÇƏNG xəstəliyi yaradır - DİQQƏT!

24 May 2017 21:33

Yaponiyalı alimlər daha bir yeniliyə imza atıblar

24 May 2017 21:27

Azərbaycanda möcüzə kimi yol:

24 May 2017 21:25

Suğra Bağırzadə: "Güllərim bir-biri ilə danışır" - FOTO

24 May 2017 21:22

26 yaşlı gənc zəhərlənib

24 May 2017 21:17

“Fitch” Beynəlxalq Bankın reytinqini endirdi

24 May 2017 21:14

Xalq artisti sirləri açdı: "Mənə imkan verməyiblər, gileyliyəm..." - FOTO

24 May 2017 21:12

Şəmkirdə qadın dərmandan zəhərləndi

24 May 2017 21:09

Azərbaycan şou-biznesi İnstagram-da - FOTO

24 May 2017 21:05

2017-ci ilin ən qeyri-adi toy FOTOLARI

24 May 2017 21:03

Sentyabrın 30-u Beynəlxalq Tərcümə Günü elan edilib

24 May 2017 21:01

Çində daşqın - Milyonlarla dollar ziyan dəydi

24 May 2017 21:01

Avropa Liqasının qalibi kim olacaq -

24 May 2017 20:58

Telekanal rəhbəri canlı efirə qoşulub aparıcını acıladı - VİDEO

24 May 2017 20:57

Emin Mahmudov "Boavista"da qalır?

24 May 2017 20:52

Mançester terrorçusunun kiçik qardaşı tutuldu

24 May 2017 20:49

Azərbaycanın voleybol yığması dünya çempionatının ilk seçmə oyununda Türkiyəyə uduzub

24 May 2017 20:47

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" müxtəlifölçülü avtoşin və akkumlyator axtarır

24 May 2017 20:47

Türkiyədə quran oxumaq yarışı keçiriləcək

24 May 2017 20:44

Lukaşenko prezident İlham Əliyevi təbrik edib:

24 May 2017 20:44

Prezident İlham Əliyevin ünvanına Respublika Günü münasibətilə təbriklər gəlməkdə davam edir

24 May 2017 20:43

Emma oğlu ilə gəzintidə - FOTO

24 May 2017 20:42

Övladı yaşında qadınlarla evlənən TARİXİ ŞƏXSİYYƏTLƏR - FOTO

24 May 2017 20:37

Azərbaycanda daha bir biznes-forum keçiriləcək - İordaniya ilə

24 May 2017 20:36

"Heç kəsin bilmədiyini arayıram" - yarıçılpaq Rianna - FOTO

24 May 2017 20:32

Avtobus dayanacağında partlayış: 1 ölü

24 May 2017 20:28

Timsahı əvvəl gəzdirdi, sonra kabab etdi

24 May 2017 20:27

Xocalı aerportundan uçuş olsa, Azərbaycan hansı addım atacaq? - AÇIQLAMA

24 May 2017 20:27

Dünya ticarət həcmi ilk rübdə 1,4% artıb

24 May 2017 20:27

İndoneziyada ardıcıl partlayışlar baş verib:

24 May 2017 20:26

Messi barədə növbəti məhkəmə qərarı

24 May 2017 20:24

"Azerbaijan Fashion Awards" mükafatlandırılma mərasimi keçiriləcək

24 May 2017 20:22

Ceyms Bond kurortda dincəlir - FOTO

24 May 2017 20:22

Ərdoğan almanlara “Yaxşı yol!” dedi

24 May 2017 20:18

BMT Baş Assambleyası Azərbaycanın həmmüəllifi olduğu qətnaməni qəbul edib

24 May 2017 20:17

Azərbaycan Beynəlxalq Bankı mükafatlandırılıb

24 May 2017 20:12

Bu xəbəri eşidən Alişan 1 milyonundan keçdi

24 May 2017 20:12

Xanımlar, ehtiyatlı olun: Bu geyimlər xəstəlik mənbəyidir - FOTO

24 May 2017 20:12