Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Astaralı yeniyetmə pəhləvanlar Bakıdan 6 medalla qayıdıblar

Astaralı yeniyetmə pəhləvanlar Bakıdan 6 medalla qayıdıblar

Date: 22 December 2015 19:48


Astara, 22 dekabr, Bağır Əliyev, AZƏRTAC
Bakı şəhərində Respublika Olimpiya İdman Liseyinin sərbəst güləş üzrə açıq birinciliyində astaralı güləşçilər uğurlu nəticələr qazanıblar.
AZƏRTAC xəbər verir ki, yeniyetmələr arasında keçirilən açıq birincilikdə Astara rayonu 10 idmançı ilə təmsil olunub.
Respublikanın digər şəhər və rayonlarından olan idmançıların da qoşulduğu yarışda astaralı güləşçilərdən Şahin Rzazadə (26 kiloqram), Ramiq Heydərov (32 kiloqram) və Musa Nağıyev (38 kiloqram) birinci, Rövşən Ağayev (26 kiloqram), Ümid Dadaşov (29 kiloqram), Hüseynağa Axundov isə (42 kiloqram) üçüncü yerləri tutublar.
Yarışda fərqlənən idmançılar medal və diplomlarla mükafatlandırılıb.


Tags:  Astaralı yeniyetmə pəhləvanlar Bakıdan medalla qayıdıblar


RƏYLƏR


Top news