Türkiyədə 100 kq partlayıcı aşkarlandı

Türkiyədə 100 kq partlayıcı aşkarlandı
19:49 22 Dekabr 2015
28 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Mardin vilayətinin Nusaybin şəhərində 100 kq partlayıcı aşkarlanıb.

APA-nın məlumatına görə, bu barədə “Sabah” qəzetinə hüquq-mühafizə orqanlarından bildirilib.

 

Qeyd olunur ki, xidməti itin köməyi ilə aşkarlanan partlayıcı maddə yerin altında iki konteynerdə gizlədilib. Yaxınlıqda 400 metrlik kabel və detonatorlar da tapılıb.

 

Polis ehtimal edir ki, PKK silahlıları partlayıcı maddədən yaxınlıqda keçən Kərkük-Ceyhan neft kəmərini partlatmaq üçün istifadə etməyi planlaşdırırdılar.

 

Qeyd edək ki, İraq nefti Türkiyəyə Kərkük-Ceyhan xətti vasitəsi ilə nəql olunur.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226182

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR