Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Vəhşi" futbolçu karyerasına son qoydu (VİDEO)

"Vəhşi" futbolçu karyerasına son qoydu (VİDEO)

Date: 22 December 2015 19:56

İrlandiya millisinin sabiq futbolçusu Demyen Daff karyerasını başa vurub.

ANS PRESS-in məlumatına görə, bu barədə 36 yaşlı futbolçunun özü məlumat verib. Sərt, inadkar, emosional və azarkeşlərin sevimlisi çox xoşbəxt olduğunu deyib:

"Ürəyim futbol oynamağa davam etmək istəyir. Ancaq bədənim karyeramı başa vurmalı olduğumu deyir. Futbolçu karyeramı başa vurdum, ancaq düşünürəm ki, məşqçi kimi bu idman növündə qalacam. Mən çox xoşbəxtəm. Karyeramda köməyi olanların hamısına təşəkkür edirəm. Fəxr edirəm ki, İrlandiya yığmasında 100 oyun keçirtdim. Millidə çıxış etmək hər zaman mənə qurur verib. Bütün azarkeşlərə minnətdarlığımı bildirirəm. Həyat yoldaşım Elleynə, uşaqlarıma və valideyinlərimə xüsusi olaraq təşəkkür edirəm.


Demyen Daffın qolları

Karyerası ərzində "Çelsi", "Nyukasl", "Fulhem" və "Melburn Siti"də çıxış edən Daffın son komandası ölkəsinin "Şemrok Rovers" klubu olub.

36 yaşlı futbolçu "Çelsi" ilə 2 dəfə İngiltərə çempionu olub. 2010-cu ildə Avropa liqasında "Fulhem" ilə finala çıxıb.

Tags:  Vəhşi futbolçu karyerasına son qoydu VİDEO

RƏYLƏR


Top news