“Siyasi iqtisad: müasir problemlər və perspektivlər” mövzusunda beynəlxalq konfrans

“Siyasi iqtisad: müasir problemlər və perspektivlər” mövzusunda beynəlxalq konfrans
19:58 22 Dekabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 22 dekabr, AZƏRTAC
Dekabrın 22-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) “Siyasi iqtisad: müasir problemlər və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Tədbir “Siyasi iqtisad” elminin yaranmasının 400 illiyinə həsr olunub.
ADİU-dan AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Rusiyanın və Azərbaycanın görkəmli iqtisadçı alimlərinin iştirak etdiyi konfransda ADİU-nun rektoru, professor Ədalət Muradov siyasi iqtisad elminin yaranma tarixinə toxunaraq qeyd edib ki, qlobal iqtisadiyyatdakı mövcud problemlər siyasi iqtisada marağı daha da artırıb.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin professoru, Beynəlxalq siyasi iqtisad assosiasiyasının əlaqələndiricisi Aleksandr Buzqalin “Siyasi iqtisad: qlobal kapitalizmin tədqiqat potensialı”, Moskva Beynəlxalq Universitetin professoru Georgi Tsaqolov “Yeddinci formasiya” , Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov “Milli sərvət, maddi istehsal, dəyər və iqtisadi inkişaf strategiyaları” mövzusunda məruzə ilə çıxış ediblər.
Moskva Beynəlxalq Universitetin professoru Georgi Tsaqolova və Q.V.Plexanov adına Rusiya Dövlət Universitetinin İqtisadi Nəzəriyyə elmi məktəbinin rəhbəri professor Qalina Juravlyovaya ADİU-nun “Fəxri doktor” diplomları təqdim edilib
Konfrans panel və seksiyalarda “Klassik siyasi iqtisad: inkişaf perspektivləri və tədrisi”, “Müasir Azərbaycanın iqtisadi sistemi: inkişaf yolları və məqsədləri” mövzularının müzakirəsi ilə davam edib.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Siyasi_iqtisad_muasir_problemler_ve_perspektivler_movzusunda_beynelxalq_konfrans-913444

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR