UNEC-də beynəlxalq konfrans: “Siyasi iqtisad: müasir problemlər və perspektivlər”

20:03 22 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Məzunlar UNEC-də (11 Aprel 2017 10:39)
UNEC-in idarəetməsində yeni addım (06 Aprel 2017 16:34)
Sabiq nazir elmi konfrans keçirtdi – FOTOLAR (04 Aprel 2017 18:33)

Bakı. Trend:

Dekabrın 22-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Siyasi iqtisad: müasir problemlər və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. UNEC-in İctimaiyyətlə Əlaqələr Şöbəsindən Trend-ə verilən məlumata görə, tədbir “Siyasi iqtisad” elminin yaranmasının 400 illiyinə həsr olunub.

Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, görkəmli oftalmoloq alim Zərifə Əliyevanın büstü önünə gül dəstələri düzüblər.

Rusiyanın və Azərbaycanın görkəmli iqtisadçı alimlərinin iştirak etdiyi konfrans UNEC-də davam etdirilib.

UNEC rektoru, professor Ədalət Muradov bildirib ki, bu tip beynəlxalq konfranslara ev sahibliyi etməsi universitetin tədqiqat yönümlü universitet olması istiqamətində həyata keçirdiyi addımlardan biridir. Mövcud kadr potensialı onu deməyə əsas verir ki, UNEC tədris müəssisəsi olmaqla yanaşı, həm də tədqiqat universitetinə çevrilmək iddiasında olan ali təhsil ocağıdır.

Siyasi iqtisad elminin yaranma tarixindən danışan rektor qeyd edib ki, qlobal iqtisadiyyatdakı mövcud problemlər siyasi iqtisada marağı daha da artırıb. Son dövrlərdə dünyada baş verən iqtisadi böhranlar fonunda postsovet ölkələrinin iqtisadi çağırışları iqtisadçıları yeni bir paradiqma axtarışına sövq edib. Ekonomiksə alternativ olaraq irəli sürülən yanaşmalardan biri də məhz siyasi iqtisaddır. Ə. Muradov ölkədə manatın devalvasiyasına da münasibətini bildirib və qeyd edib ki, neqativ təsirlərin minimuma endirilməsi üçün daxili bazarın idxal mallarından qorunması təklif edilir. Biz iqtisadçılar da Azərbaycanın gələcəyinin daha da parlaq olması istiqamətində səylərimizi əsirgəməyəcəyik. Hesab edirəm ki, bugünkü konfrans iqtisadiyyat elminin inkişafına öz töhfəsini verəcək və bizim siyasi iqtisad sahəsində postsovet məkanında tanınmış alimlərlə əməkdaşlığımızı daha da genişləndirəcək.

Sonra Moskva Beynəlxalq Universitetin professoru Georgi Nikolayeviç Tsaqolov və Q.V.Plexanov adına Rusiya Dövlət Universitetinin İqtisadi Nəzəriyyə elmi məktəbinin rəhbəri, professor Qalina Petrovna Juravlyovaya UNEC-in “Fəxri doktor” diplomları təqdim edilib.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin “Siyasi iqtisad” kafedrasının professoru, Beynəlxalq siyasi iqtisad assosiasiyasının koordinatoru Aleksandr Vladimiroviç Buzqalin “Siyasi iqtisad: qlobal kapitalizmin tədqiqat potensialı” mövzusunda məruzə ilə çıxış edib. Alim bildirib ki, iqtisadi problemlərin aradan qaldırılması üçün onları yaradan səbəblərin analiz edilməsi vacibdir. Bu prosesləri tədqiq edən bir sıra beynəlxalq assosiasiyalar fəaliyyət göstərir.

Qloballaşmaya inkişaf etməkdə olan ölkələrdə mənfi münasibət bəslənildiyini vurğulayan görkəmli iqtisadçı qeyd edib ki, inkişaf etmiş sənaye ölkələrinin elmi və ictimai dairələrində bu proseslər adətən, pozitiv baxımdan dəyərləndirilir. Lakin son vaxtlar bu proseslərə tənqidi mövqedən yanaşanların da sayı artmaqdadır.
Beynəlxalq konfransda Moskva Beynəlxalq Universitetin professoru Georgi Tsaqolov “Yeddinci formasiya” mövzusunda, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov isə “Milli sərvət, maddi istehsal, dəyər və iqtisadi inkişaf strategiyaları” mövzusunda məruzə ilə çıxış edib.
Konfrans panel və seksiyalarda “Klassik siyasi iqtisad: inkişaf perspektivləri və tədrisi”, eyni zamanda “Müasir Azərbaycanın iqtisadi sistemi: inkişaf yolları və məqsədləri” mövzularının müzakirəsi ilə davam edib.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Cocuq Mərcanlıda partlamamış hərbi sursatlar aşkarlandı

24 Aprel 2017 01:58

“Suka” olmaq istəməyən “kriminal generallar”ın dəhşətli ölümləri - VİDEO

24 Aprel 2017 01:33

Kendall Merilin obrazında - FOTO

24 Aprel 2017 01:32

Gəncədə taksi sürücüsü döyüldü

24 Aprel 2017 01:29

"Ginnesin Rekordlar Kitabı"na düşən azərbaycanlılar

24 Aprel 2017 01:21

Messi “Barselona”da 500-cü qolunu vurdu

24 Aprel 2017 01:19

"Barselona" "El-Klassiko"da qələbə qazandı

24 Aprel 2017 01:03

Madriddə triller: 5 qol, qırmızı vərəqə, Messinin benefisi

24 Aprel 2017 00:58

Le Pen seçkilərdən sonra ilk dəfə danışdı

24 Aprel 2017 00:56

Messi son saniyələrdə "Real"a ŞOK YAŞATDI

24 Aprel 2017 00:47

Fransada prezident seçkilərinin iki namizədi ikinci tura adladı

24 Aprel 2017 00:44

Yumurtanın təzə olub-olmadığını öyrənmək üçün

24 Aprel 2017 00:34

Türkiyə klubunun futbolçusu özünü asdı

24 Aprel 2017 00:18

Tanınmış futbolçu intihar etdi

24 Aprel 2017 00:16

Astroloji proqnoz - 24 aprel

24 Aprel 2017 00:13

Bu videoya baxmaq ürək istəyir

24 Aprel 2017 00:09

Günün qoroskopu: tənbəllik və süstlük etməyin

24 Aprel 2017 00:05

Kubok "Qarabağ"a təqdim olundu

23 Aprel 2017 23:58

İki yol qəzasında 3 nəfər xəsarət alıb

23 Aprel 2017 23:57

4 otaqlı ev yanıb

23 Aprel 2017 23:57

Möhtəşəm su festivalı Mingəçevirdə - FOTOLAR

23 Aprel 2017 23:53

Türkiyədə futbolçu intihar edib

23 Aprel 2017 23:52

“Qaziantepspor”un futbolçusu intihar etdi

23 Aprel 2017 23:49

Yaşlandıqca uşaqlaşır, öldüyünə inanır

23 Aprel 2017 23:44

İŞİD-dən gözlənilməz hücum: 10 hərbçi həlak oldu

23 Aprel 2017 23:43

İkardi Vierinin 16 illik nəticəsini təkrarladı

23 Aprel 2017 23:42

Sakit okeanda ABŞ-Yaponiya birgə hərbi təlimləri başladı

23 Aprel 2017 23:28

Xəsarətlə nəticələnən yol qəzası baş verib

23 Aprel 2017 23:27

Avtomobil 60 yaşlı qadını vurdu - Biləsuvarda

23 Aprel 2017 23:24

İlk görüşdə seks faydalıdır

23 Aprel 2017 23:23

İŞİD silahlıları İraqda hərbi nəqliyyata hücum ediblər: 10 ölü, 20 yaralı

23 Aprel 2017 23:17

"Qarabağ" kuboku aldı

23 Aprel 2017 23:13

Ərinin 18 il əvvəlki fotosunu paylaşdı

23 Aprel 2017 23:12

İnsanları anında tanıyın

23 Aprel 2017 23:10

Adriana Lima yenə libası ilə diqqət çəkdi - FOTO

23 Aprel 2017 23:05

Ev əşyaları ilə birgə yandı

23 Aprel 2017 23:00

Fransada prezident seçkilərinin ilkin nəticələri açıqlandı

23 Aprel 2017 22:58

Gürcüstanda ağır qəza: 6 ölü, 1 yaralı

23 Aprel 2017 22:54

Hərbçilərin qisası PKK-dan alındı

23 Aprel 2017 22:53

Parisin mərkəzində etiraz aksiyası başlayıb

23 Aprel 2017 22:47

Qüdrət Həsənquliyev: “Son vaxtlar Konstitusiyaya zidd qanunlar qəbul edirik”

23 Aprel 2017 22:43

Fransa DİN-i Le Peni prezident seçkilərinin favoriti adlandırıb

23 Aprel 2017 22:42

Dünyanın ən gözəl qadını kimdir?

23 Aprel 2017 22:41

"Azərbaycan-Türkiyə-Rusiya formatı çərçivəsində əməkdaşlıq regionda sabitliyi möhkəmləndirəcək"

23 Aprel 2017 22:37

Serialın baş qəhrəmanını bir də belə görün - FOTO

23 Aprel 2017 22:32

"Fənərbaxça" "Qalatasaray"ı belə məğlub etdi

23 Aprel 2017 22:29

Partlayışda ölən ATƏT əməkdaşının adı açıqlandı

23 Aprel 2017 22:28

Statistika Komitəsi həyəcan təbili çaldı: QIZLARI ÖLDÜRÜRLƏR

23 Aprel 2017 22:18

Bakı-2017: "Xəzərdən başlayan səyahət" Mingəçevirə yetişib - FOTO

23 Aprel 2017 22:17

Azərbaycan yığmasının futbolçusu Slovakiya çempionu olub

23 Aprel 2017 22:12