AMEA: “Xəzər suitilərinin tükənmə təhlükəsi yaranıb”

AMEA: “Xəzər suitilərinin tükənmə təhlükəsi yaranıb”
20:27 22 Dekabr 2015
22 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 22 dekabr. REPORT.AZ/ “Xəzər suitilərinin tükənmə təhlükəsi yaranıb. Son 120 il ərzində tənzimlənməyən ov, çirklənmə və digər amillər səbəbindən bu heyvanların sayı 1 milyondan 104 minə enib”. Bu barədə “Report” AMEA Geologiya və Geofizika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, sözügedən növ 2008-ci ilin oktyabrından etibarən “IUCN” adı altında tanınan Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin “Qırmızı siyahı”sında vəziyyəti “təhlükəli” statusunu daşıyır: “Hətta 20 il əvvəl – 1990-cı illərin sonlarında dənizin hər 2 kvadrat kilometrinə 1 suiti düşürdüsə, hazırda hər 4 kvadrat kilometrə 1 suiti hesablanır”.

Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/amea-xezer-suitilerinin-tukenme-tehlukesi-yaranib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR