Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Varşavada Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib (FOTO)

Varşavada Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib (FOTO)

Date: 22 December 2015 20:28

Bakı. Trend:

Varşava şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib.

Dekabrın 19-da Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı ilə Varşavada Dünya Azərbaycanlılarının Həmrəylik Günü tədbiri keçirilib. Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə Polşada yaşayan Azərbaycan diaspor nümayəndələri, azərbaycanlı tələbələr və polşalı qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Səfir Həsən Həsənov qeyd olunan bayramın mahiyyəti və əhəmiyyəti barədə ətraflı məlumat verib. Səfir həmçinin 2015-ci il ərzində səfirlik tərəfindən görülmüş işlər haqqında söz açıb. Diplomat Polşada ölkəmizin maraqlarının müdafiəsi və təbliği istiqamətində fəaliyyət göstərən diaspora üzvlərinə təşəkkürünü bildirib və Polşada yaşayan hər bir azərbaycanlını bu istiqamətdə fəaliyyətdə daha da fəal olmağa çağırıb.

Tədbirin ikinci hissəsində qonaqlar Azərbaycan diasporunun istedadlı üzvlərindən biri olan 14 yaşlı Gizem Kardalın ifasında Azərbaycan və dünya bəstakarlarının əsərlərindən ibarət maraqlı konsert proqramını dinləyiblər.

Tədbirin sonunda qonaqlara Azərbaycan mətbəxi nümunələrindən ibarət ziyafət verilib.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Varşavada Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib FOTO

RƏYLƏR


Top news