Varşavada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib

Varşavada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib
20:28 22 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 22 dekabr, AZƏRTAC
Azərbaycanın Varşavadakı səfirliyinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı tədbir təşkil edilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Polşadakı Azərbaycan diasporunun nümayəndələri, azərbaycanlı tələbələr və polşalı qonaqlar iştirak ediblər.
Səfir Həsən Həsənov qeyd olunan bayramın mahiyyəti və əhəmiyyəti barədə məlumat verib. O, həmçinin 2015-ci il ərzində səfirlik tərəfindən görülmüş işlər haqqında danışıb. Diplomat Polşada ölkəmizin maraqlarının müdafiəsi və təbliği istiqamətində fəaliyyət göstərən diaspor üzvlərinə təşəkkürünü bildirib və Polşada yaşayan hər bir azərbaycanlını bu istiqamətdə daha fəal olmağa çağırıb.
Tədbirin bədii hissəsində qonaqlar Azərbaycan diasporunun istedadlı üzvlərindən biri olan 14 yaşlı Gizem Kardalın ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət maraqlı konsert proqramını dinləyiblər.
Sonda qonaqlara Azərbaycan mətbəxinin nümunələrindən ibarət ziyafət verilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Varsavada_Dunya_Azerbaycanlilarinin_Hemreyliyi_Gunu_qeyd_edilib-913459

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR