Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Türkiyə Böyük Millət Məclisinin sədri Heydər Əliyev Mərkəzi ilə tanış olub (FOTO)

Türkiyə Böyük Millət Məclisinin sədri Heydər Əliyev Mərkəzi ilə tanış olub (FOTO)

Dövlət Komitəsinin sədri Şabranda vətəndaşları qəbul edəcək (13 Mart 2017 09:57)
Mehriban Əliyeva Milli Məclisdə hesabat verdi (07 Mart 2017 12:59)
Birinci vitse-prezident: “Azərbaycan Milli Məclisinin deputatı adını daşımaq mənim üçün şərəfli idi” (07 Mart 2017 12:57)

Tarix: 22 Dekabr 2015 20:28

Bakı. Trend:

Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman Azərbaycana səfəri çərçivəsində dekabrın 22-də Heydər Əliyev Mərkəzində olub.

Trend-in məlumatına görə, İsmayıl Qəhrəmana Mərkəzin fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik irsinin öyrənilməsi və tədqiqi, eyni zamanda, Azərbaycan tarixi və mədəniyyətinin tanıdılması istiqamətində fəaliyyət göstərir.

İsmayıl Qəhrəman Mərkəzdəki Heydər Əliyev Muzeyi ilə tanış olub. O, 1969-cu ildən 2003-cü ilədək ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillərə baxıb. Məlumat verilib ki, Heydər Əliyev Muzeyi təşkil olunarkən burada Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunmasına xüsusi diqqət yetirilib. Muzey həm də Azərbaycan tarixinin öyrənilməsinə böyük imkanlar yaradır. Bu baxımdan interaktiv formada təqdim edilən eksponatlar, müxtəlif videomateriallar xüsusi əhəmiyyət kəsb edir.

Qonaq Mərkəzdə “Azərbaycan inciləri: tarixin axarında” sərgisi ilə də tanış olub. Bildirilib ki, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu ekspozisiyada ölkənin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsinə dair nadir eksponatlar nümayiş olunur.

Sərgidə Azərbaycanın qədim çalğı alətləri orijinal şəkildə - səsli formada təqdim edilir. Azərbaycan milli geyimlərinin, qədim sikkələrin nümayiş etdirildiyi sərgiyə gələnlər burada müxtəlif dillərdə müqəddəs kitabları da görə bilərlər.

Daha sonra qonaq Mərkəzin “Auditorium” zalı ilə tanış olub.

Türkiyə parlamentinin sədri İsmayıl Qəhrəman Mərkəzin xatirə kitabına ürək sözlərini yazıb.

Qonağa xatirə hədiyyəsi təqdim edilib.

Bizi Twitter-dən izləyin: @trend_az


Teqlər:  Türkiyə Böyük Millət Məclisinin sədri Heydər Əliyev Mərkəzi tanış olub FOTO



RƏYLƏR


Top xəbərlər