Xətai və Sabunçu rayonlarınin təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Xətai və Sabunçu rayonlarınin təbii qaz təchizatında məhdudiyyətlər olacaq
20:33 22 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 22 dekabr, AZƏRTAC
Bakı şəhərinin Xətai və Sabunçu rayonlarınin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
"Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, diametri 530 millimetrlik orta təzyiqli yeraltı qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi, yaşayış binasına yeni çəkilmiş qaz kəmərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, qış mövsümündə abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi, təbii qazdan qeyri-qanuni istifadə hallarının qarşısının alınması və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə dekabrın 23-də saat 10-dan işlər yekunlaşanadək Xətai rayonunun M.Hadi və ətraf ərazilərində, həmçinin Sabunçu rayonunun Maştağa, Pirşağı, Kürdəxanı və Bilgəh qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xetai_ve_Sabunchu_rayonlarinin_tebii_qaz_techizatinda_mehdudiyyetler_olacaq-913461

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR