İnternet istifadəçilərinin sayı 3,2 milyarda çatdı

İnternet istifadəçilərinin sayı 3,2 milyarda çatdı
20:42 22 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Dünya üzrə internetdən istifadə edənlərin sayı 3,2 milyard nəfərə çatıb.

Mobil rabitə abunəçilərinin sayı isə 7,1 milyarddan artıqdır.

Milli.Az xeberler.az-a istinadən xəbər verir ki, bu haqda Beynəlxalq Elektrorabitə İttifaqının (ITU) hesabatında deyilir.

ITU-nun statistik məlumatına görə, yeni nəsil genişzolaqlı şəbəkələr və mobil servislər daha çox Cənubi Koreyada inkişaf edib. Növbəti sırada Danimarka, İslandiya, Böyük Britaniya və İsveç qərarlaşır. Yaponiya reytinq cədvəlində 11-ci yerdə, Almaniya və ABŞ isə 14-15-ci yerdədirlər.

Hesabatda o da deyilir ki, dünyada 350 milyon insanın nə internetə, nə də rabitə şəbəkələrinə çıxışı vardır. Onlar Malavi, Madaqaskar, Efiopiya, Eritreya və Çad kimi dünyanın ən kasıb ölkələrində yaşayırlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/392172.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR