ADU-da Norveçin dünya şöhrətli rəssamı Edvard Munkla bağlı tədbir keçirilib

ADU-da Norveçin dünya şöhrətli rəssamı Edvard Munkla bağlı tədbir keçirilib
20:52 22 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 22 dekabr. REPORT.AZ/ Azərbaycan Dillər Universitetində (ADU) Skandinaviya mərkəzinin təşkilatçılığı ilə Norveçin dünya şöhrətli rəssamı Edvard Munkun 152-ci ildönümü ilə bağlı tədbir keçirildi.
ADU-dan "Report"a verilən məlumata görə, tədbirdə Norveçin Azərbaycandakı səfiri Bard İvar Svedsen iştirak edib.
Öncə Skandinaviya mərkəzinin baş mütəxəssisi Vüsalə Əfəndiyeva Norveçin dünya şöhrətli rəssamı Edvard Munkun yaradıcılığını əks etdirən təqdimat keçirib.
Daha sonra Beynəlxalq şöbənin əməkdaşı Qaratel Quluzadə “İmpressionizm və ekspressionizm”, Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin Skandinaviyaşünaslıq ixtisasında təhsil alan tələbələr Röya Baxşəliyeva “Munk muzeyi”, Nuranə Mirzəyeva isə Edvard Munkun “Qışqırıq” əsəri haqqında təqdimatla çıxış ediblər.
Bard İvar Svedsen isə Edvard Munkun Norveç mədəniyyətində xüsusi yer tutduğunu vurğulayıb.
Qeyd edək ki, tədbirdə E.Munka məxsus rəsm əsərlərindən ibarət sərgi təşkil edilib.


Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/adu-da-norvecin-dunya-sohretli-ressami-edvard-munkla-bagli-tedbir-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR