Avtomobili sərxoş idarə etdiyinə görə 16 min 359 sürücü barəsində müvafiq tədbirlər görülüb

Avtomobili sərxoş idarə etdiyinə görə 16 min 359 sürücü barəsində müvafiq tədbirlər görülüb
20:58 22 Dekabr 2015
44 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 22 dekabr, AZƏRTAC
Cari ilin əvvəlindən dekabrın 19-dək paytaxt yollarında avtomobili sərxoş vəziyyətdə idarə edən və avtoxuliqanlıq hərəkətləri etməklə cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirən sürücülər inzibati məsuliyyətə cəlb olunub.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin ictimai əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov AZƏRTAC-a bildirib ki, avtomobili sərxoş vəziyyətdə idarə etdiyinə görə 16 min 359 sürücü, eləcə də avtoxuliqanlıq hərəkətləri törədən 686 şəxs barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Avtomobili_serxos_idare_etdiyine_gore_16_min_359_surucu_baresinde_muvafiq_tedbirler_gorulub-913469

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR