Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Bədən tərbiyəsi ömür müddətinə təsir etmir

Bədən tərbiyəsi ömür müddətinə təsir etmir

Date: 22 December 2015 21:08


Bakı, 22 dekabr, AZƏRTAC
Məlumdur ki, fiziki fəallıq ömrü uzadır. Amma siçovullar üzərində tədqiqat aparan Yuvyaskulya İnstitutunun (Finlandiya) alimləri belə qənaətə gəliblər ki, ömür müddətinə çox vaxt yalnız irsi amillər təsir göstərir.
AZƏRTAC “Informing”ə istinadən xəbər verir ki, gəmiriciləri iki qrupa ayırıblar. Birinci qrupdakı siçovulları idman vasitələri olan qəfəsə, ikinci qrupdakıları adi qəfəsə yerləşdiriblər. Bir müddətdən sonra məlum olub ki, “idman” qrupundakı siçovulların ömür müddəti 16 faiz azalıb. Maraqlıdır ki, onların ömür müddəti qısalsa da, sağlamlıq durumu yaxşılaşıb.

Tags:  Bədən tərbiyəsi ömür müddətinə təsir etmir


RƏYLƏR


Top news