Patruşev: "Rusiya yeni silahlanma yarışına girmək istəmir"

Patruşev: "Rusiya yeni silahlanma yarışına girmək istəmir"
21:12 22 Dekabr 2015
28 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 22 dekabr. REPORT.AZ/ "Rusiya beynəlxalq müstəvidə yeni qarşıdurmalarının yaranmasını və dərinləşməsini arzu etmir. Bu səbəbdən də silahlanma yarışına girmək niyyətində deyil". "Report"-un RİA "Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.
Onun sözlərinə görə, rəsmi Moskva böyük xərclər tələb edən böhranların yaranmasına qarşıdır və xarici siyasətini də məhz bu istiqamətdə qurur.
Patruşev hesab edir ki, silah ancak siyasi, iqdisadi, diplomatik və digər vasitələr nəticə vermədikdə istifadə edilə bilər: "Gücün tətbiqi sonuncu ehtimaldır". 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/patrusev-rusiya-yeni-silahlanma-yarisina-girmek-istemir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR