Bu fəaliyyət növləri üçün lisenziya ləğv edildi - VİDEO

Bu fəaliyyət növləri üçün lisenziya ləğv edildi - VİDEO
21:12 22 Dekabr 2015
169 Digər
Ölkə mətbuatı
A- A+

Ötən gün prezident İlham Əliyev lisenziyalaşdırılan sahələrlə bağlı fərman imzalayıb. Fərmana görə lisenziya alınmasını nəzərdə tutan fəaliyyət sahələri dəqiqləşib. Yeni siyahıda taksi sürücüləri, yük avtomobilləri və avtobus sahibləri yer almayıblar.

Sərnişin və yükdaşıma ilə məşğul olanlar lisenziya almaqdan azad edilib. Yeni qaydalar sərnişin və yükdaşıma fəaliyyəti ilə məşğul olanların işlərini daha da sadələşdirəcək.

Lisenziyaların ləğvi kortəbii şəkildə, yəni avtomobilə taksi lövhəsini quraşdıraraq bu fəaliyyətlə məşğul olmaq anlamına gəlmir. Taksi sürücüləri təsdiq olunmuş yeni standartın tələblərinə əməl etməlidirlər. İlk növbədə avtomobilin istismar müddəti 15 ili ötməməlidir.

Lisenziyanın ləğvi ilə Bakıdakı taksi sürücüləri hər ay 18 manat, Abşeron rayonu, Gəncə və Sumqayıt şəhərindəkilər 13 manat, digər rayon və şəhərlərdə isə 9 manat dövlət rüsumu ödəməlidirlər.

İnzibati xətalar məcəlləsinə görə bu proseslərə yol polisi əməkdaşları nəzarət edəcək. Bununla bağlı yaxın müddətdə yol polisinin təlimatlarında dəyişiklişkliklər ediləcək.

Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki,  avtobusla sərnişin daşıyanlar isə əvvəllər nəqliyyat nazirliyinin dövlət avtomobil nəqliyyatı xidmətindən lisenziya alıb, sonra işə başlamaq üçün həmin qurumun elan etdiyi müsabiqədə iştirak edirdilər və hər avtobusa lisenziya kartı almaq üçün 150 manat pul ödəyirdilər

Hər ay fərqlənmə nişanı almaq üçün Bakı şəhərində hər oturacağa görə 3 manat 50 qəpik, Abşeron rayonu, Gəncə və Sumqayıt şəhərində 2 manat 70 qəpik, digər bölgələrdə isə 1 manat 80 qəpik ödənilməlidir.

Kommersiya məqsədli yük daşımaları həyata keçirənlər də lisenziya almayacaqlar. Sadəcə onlar yük daşıma qaydalarına əməl etməklə daşıdıqları yükün həcminə görə sadələşdirilmiş vergi ödəməlidirlər.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/392343.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR