Laləlidə yalqız qalan rus fahişələr

Laləlidə yalqız qalan rus fahişələr
21:12 22 Dekabr 2015
107 Digər
Ölkə mətbuatı
A- A+

"The Daily Beast" saytında Anna Nemtsova Türkiyənin İstanbul şəhərindən, Laləlidən yazır. Buradakı kiçik butiklər, xəz satılan mağazalar, demək olar, boşdur, keçmiş sovet imperiyası və Afrikadan gəlmiş fahişələr də yalqız qalıb.

Ancaq bu yaxınlaradək buralar rusiyalı alıcılar və müştərilərlə dolu idi. İndi satıcılar əbəs yerə mağazaların önündə qışqırırlar: "Devushka, kurtki, dublyonki!", - xəzlərə alıcı çağırır, həm də rusca səslənirlər. Amma əbəs yerə, ruslar qeybə çəkilib.

Jurnalist yazır ki, iki ölkənin soyuq müharibəsi ölkədə özünü belə sezdirir. Türkiyənin Rusiya təyyarəsini vurmasından sonra ikitərəfli münasibətlər əməlli-başlı gərilib. Rusiya Türkiyəyə mümkün qədər çox sanksiya qoyub, milyonlarla rusiyalını Türkiyədə istirahətdən və alış-verişdən də məhrum edib.

"Hər şey dalana dirənib", - bunu Türkiyədəki Siyasi, İqtisadi və Sosial Araşdırmalar Fondundan Vüqar İmanbəyli deyir. Rusiyanın geosiyasəti barədə kitablar yazmış Vüqar hələ də Kremlin kollektivçilik təfəkkürünü anlamağa çalışır: "Türkiyə rəhbərliyi münaqişəni diplomatik yolla həll etməyə səy göstərir. Onlar Rusiya ilə əyləşib söhbət etmək istəyirlər. Ancaq Rusiya, elə bil, qəsdən münaqişəni gərginləşdirir".

Müəllif yazır ki, Laləli bu münaqişənin təsiri duyulan ilk dayanacaq olmalıdır. Bir az öncə Laləlidən və Türkiyənin qalan hissəsindən Rusiyaya tonlarla ərzaq, avadanlıq və geyim göndərilirdi. Hər il 3-4 milyon rusiyalı İstanbula və Antalya çimərliklərinə gedirdi. Hər turist 1000 dollar xərcləyirdisə, bu, Türkiyə üçün milyardlar demək idi.

Milli.Az azadliq.org-a istinadən bildirir ki, indi isə Laləlidə biznesmenlər, siyasi baxışlarından asılı olaraq, Türkiyə və Rusiya prezidentlərini suçlayır. Aziz adlı satıcı Erdoğan-la Putin-in hər ikisini günahkar sayır, belə ki, hər ikisi inadkardır. "Putin Erdoğan-a deyir ki, "bütün mallarını qadağan edəcəyəm, sənə yardım ayırmayacağam, rusları Türkiyəyə getməyə qoymayacağam". Erdoğan isə cavab verir ki, "əlindən gələni elə", - bunu deyən Aziz-dir.

Müəllif hər iki ölkənin ziyana düşdüyünü qeyd edir. Elə Rusiyada da paltaryuyan maşın və soyuducu buraxan "Bosch-Siemens" zavodu dayanıb. Türkiyədən ehtiyat hissələr gəlməsə, zavodu işlətmək, yüzlərlə işçiyə əməkhaqqı vermək çətin olacaq.

Türkiyədə isə nəqliyyat şirkətləri, təchizatçılar kontrakt, pul və iş yerləri itiriblər. "Türk malları dolu yüzlərlə yük maşını Rusiya sərhədində dayanıb. Onları yoxlayıb və geri qaytarıblar. Biznes ölür, yır-yığış edib dönmək vaxtıdır", - 1997-ci ildən Türkiyədə işləyən Gleb Trifonov söyləyir.

RUSLAR OĞURLADIQLARI PULLARI NECƏ "YUYURLAR"

"Hər il dünya üzrə 1 trilyon dolları korrupsioner məmurlar oğurlayırlar. Bu pulu xərcləmək, yəni "yumaq" lazımdır. Bunun böyük bir hissəsi də Birləşmiş Krallıqda daşınmaz əmlaka sərf olunur. Hər ay Böyük Britaniyaya 1.5 milyard dollar həcmində qeydə alınmamış kapital axır". Bunu "The Newsweek" yazır.

Bəs bu pul əsasən haradan gəlir? Rusiyadan. Dekabrın 15-də Vaşinqtonda göstərilən "Rusiyadan nağd pulla" adlı sənədli filmdə məhz bu mövzudan bəhs olunur. Filmdə Britaniya daşınmaz əmlak agentlərinin böyük komisyon əvəzində sövdələşmənin qanuniliyini araşdırmağa meylli olmadığı öyrənilib.

Rusiyanın "Boris" adlı naziri "Nastya" adlı rəfiqəsi ilə Londonun mərkəzində 5-otaqlı, saray kimi mənzilləri gəzir. Hər dəfə də onu fərqli daşınmaz əmlak agenti müşayiət edir.

"The Newsweek" yazır ki, Birləşmiş Ştatlarda belə problem yoxdur, agentlər müştəriləri barədə hesabat verməyə borclu deyillər. Ancaq Birləşmiş Krallıqda durum fərqlidir. Agentə elə gəlirsə ki, potensial müştərisi pul "yuyur", onunla bağlı Milli Cinayətkarlıq Agentliyinə hesabat təqdim etməlidir.

Bu film korrupsiyanın çiçəklənməsini güclü təsvir edir. Filmdəki Boris rolunu Roman Borisovich canlandırıb, o, Rusiyada korrupsiya əleyhinə mübarizə aparan fəaldır. Nastya-nı isə ukraynalı jurnalist Natalie Sedletska oynayır. Bu film "Transparency International" və "Global Witness" təşkilatlarının apardığı kampaniyanın bir hissəsidir. Film artıq Böyük Britaniyada böyük səs-küy doğurub.

SURİYAYA GİRMƏMƏKLƏ HƏYATLAR XİLAS OLUNMADI, İTİRİLDİ

ABŞ prezidenti Barack Obama ötən həftə jurnalistlərə deyib ki, son bir neçə ildə Yaxın Şərqə quru qüvvələri göndərməməklə aya 100 insanın həyatını və milyardlarla dolları xilas edib. 

"The Washington Post"da Richard Cohen yazır ki, Obama öz aləmində artıq Nobel Sülh Mükafatını qazanıb. Əslində, demək olar, heç kim ABŞ hərbçilərinin Suriyaya yerləşdirilməsini təklif etməyib. Ən çox təklif edilən variant Bashar al-Assad-ın silahlarından qorunmaq üçün qeyri-uçuş zonası yaratmaq idi. Bunu vaxtında etsəydilər, Obama-nın qeyd etmədiyi rəqəmdən, 30 min suriyalının ölümündən qaçmaq olardı. Hələ 4 milyon qaçqını demirik.

"Obama Suriyada durumun tamamilə nəzarətdən çıxmasına gətirmiş siyasətlə öyünməməlidir", - müəllif yazır.

"Bir dəli soyqırımı törədirsə, Birləşmiş Ştatlar nə etməlidir? 2014-cü ildə "İslam Dövləti" silahlı qruplaşması İraqın şimalından yezidiləri ovlamağa başladı. Birləşmiş Ştatlar heç nə etməməliydi? ABŞ hava zərbələrinə başlayandan artıq 5 minədək yezidi öldürülmüşdü. İŞİD hələ də yezidi qadınlardan cinsi kölələr kimi istifadə edir".
Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

İtaliyada Birinci Azərbaycan Film Festivalı başa çatdı

26 İyun 2017 04:53

İspaniyanın qadınlardan ibarət basketbol yığması Avropa çempionu olub

26 İyun 2017 04:32

Maraqlı illüstrasiyalar - FOTO

26 İyun 2017 04:32

Kolumbiyada batmış gəmidə ölənlərin sayı 9 çatıb

26 İyun 2017 04:29

Sekslə məşğul olmaq bədənə necə təsir edir? -

26 İyun 2017 04:15

İran rusiyalı turistlər üçün vizaları ləğv etdi

26 İyun 2017 03:53

Meksikada silahlı hücum 11 nəfərin həyatına son qoyub

26 İyun 2017 03:36

Qadınların gündəlik həyatı belədir? - FOTO

26 İyun 2017 03:32

Sərnişin avtobusu qəzaya düşdü: 12 ölü, 30 yaralı

26 İyun 2017 03:29

Cocuq Mərcanlıda raket aşkarlandı -

26 İyun 2017 03:10

Qazax sakini pomidordan zəhərləndi

26 İyun 2017 03:08

Argentinada ağır yol qəzası baş verib: 12 ölü, 30 yaralı

26 İyun 2017 03:07

26 yaşlı oğlan bıçaqlandı - Daşkəsəndə

26 İyun 2017 02:59

Daşkəsəndə 26 yaşlı gənc bıçaqlanıb

26 İyun 2017 02:52

Reallıqdan daha gözəl - FOTO

26 İyun 2017 02:32

Göyərtəsində 150 turist olan gəmi batdı

26 İyun 2017 02:04

İki nəhəngin mübarizəsi -

26 İyun 2017 02:04

Bakıda beynəlxalq rəqs festivalı keçiriləcək

26 İyun 2017 01:48

Tovuz sakini spirtli içkidən zəhərlənib

26 İyun 2017 01:47

Qazaxda qadın pomidordan zəhərləndi

26 İyun 2017 01:44

İran Rusiyalı turistlər üçün vizaları ləğv edib

26 İyun 2017 01:36

Yaponiya: əfsanə və futurizm arasında - FOTO

26 İyun 2017 01:32

59 yaşlı qadın ağacdan yıxılaraq xəsarət aldı - Gəncədə

26 İyun 2017 01:29

Xalq artisti Qəndab Quliyeva VƏFAT ETDİ

26 İyun 2017 01:25

DƏHŞƏTLİ EPİDEMİYA: Vəba xəstəliyindən 1300 nəfər öldü

26 İyun 2017 01:18

Kolumbiyada 150 nəfəri daşıyan qayıq qəzaya uğrayıb

26 İyun 2017 01:17

Diş daşlarından təbii yolla xilas olun -

26 İyun 2017 01:10

Pakistanda benzindaşıyan maşının alışması nəticəsində ölənlərin sayı 152 nəfərə çatıb

26 İyun 2017 00:50

Yəməndə 1300-dən çox adam vəba xəsətəliyindən ölüb

26 İyun 2017 00:42

29 yaşlı oğlan döyülərək xəstəxanalıq oldu - Tovuzda

26 İyun 2017 00:34

Tovuzda mübahisə kütləvi davaya çevrildi

26 İyun 2017 00:28

Fransada yaşayış binasında yanğın -

26 İyun 2017 00:21

Bərdədə intihara cəhd hadisəsi baş verib

26 İyun 2017 00:17

Bu gün Silahlı Qüvvələr günüdür

26 İyun 2017 00:14

Astroloji proqnoz - 26 iyun

26 İyun 2017 00:08

Tovuzda kütləvi dava zamanı bir neçə nəfər xəsarət alıb

26 İyun 2017 00:07

Məşhur aktrisa okean sahilində - FOTO

26 İyun 2017 00:05

Günün qoroskopu: ciddi fikir ayrılıqları olacaq

26 İyun 2017 00:05

Azərbaycanda Ramazan bayramı qeyd olunur

26 İyun 2017 00:02

Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir

26 İyun 2017 00:01

Beyləqanda Toyota və taxıl sahəsi yanıb

25 İyun 2017 23:57

Tramp Ramazan bayramı münasibətilə ənənəvi şam ziyafəti verməyib

25 İyun 2017 23:57

Kia-dan yeni krossover - FOTO

25 İyun 2017 23:57

Argentinada üzə çıxan 128 yaşlı şəxs Adolf Hitler olduğunu iddia edir

25 İyun 2017 23:52

Zehni açan 4 ədviyyat

25 İyun 2017 23:52

Çikaqoda stadionda bayram namazı

25 İyun 2017 23:52

Azərbaycan Qran-Prisi atəşfəşanlıqla başa çatdı - FOTOLAR

25 İyun 2017 23:48

Bakı, "Formula-1": sürprizli, sensasiyalı yarış - FOTO

25 İyun 2017 23:47

Bakıda 22 yaşlı model estetik əməliyyatdan sonra öldü

25 İyun 2017 23:47

Namazda səcdələrin sayını unudan adam nə etməlidir?

25 İyun 2017 23:47